Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


09.09.2025  13:13 

Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular





A+  A-

Bakıda yerləşən "Appro Hospital"-da ağır yaralı olan xəstəyə qarşı qeyri-ciddi münasibət göstərilib.

XəzərNews.az milli.az-a istinadla xəbər verir ki, avqustun 1-də qəza edən Təcili Yardım maşında olan həkim Əliağa Quliyev ağır yaralanıb və Şirvan Rayon Mərkəzi Xəsətxanasına aparılıb. Buradan isə Bakıda yerləşən "Appro Hospital"a köçürülüb.

Məsələ ilə bağlı Milli.Az-a müraciət edən şikayətçi bildirib ki, atası Əliağa Quliyev 37 gün "Appro Hospital"-da müalicə olunub.

"Hər gün bizə deyirdilər ki, xsətəni buradan çıxarın, sağalmayacaq. Bu müddət ərzində də bizim 40 min manata yaxın pulumuzu alıblar. Onların sıxışdırmalarından sonra biz məcbur qalıb xəstəmizi oradan çıxarmalı olduq. Elə həmin günün səhəri də adgünü olan həkimə bir tort, mənim atamın xəstəxanadan çıxması münasibətilə isə bir tort alıb toy-bayram edirlər. Videodan da göründüyü kimi həkim Ağdadaş Qasımov "Əliağa getdi" deyib bunu lağ obyektinə çevirir. Bu nə insanlığa sığır, nə də həkim etikasına. Mənim atam özü də həkimdir və peşə fəaliyyətini icra edərkən bu qəzaya düşüb ağır yaralanıb. Ona qarşı belə hörmətsizlik edilməsi həkim adı üçün biabırçılıqdır".

">


Fotoda həkim Ağdadaş Qasımov

Xatırladaq ki, Əliağa Quliyev həkimdir və 1 avqust tarixində təcili tibbi yardım avtomobilində olarkən qəza baş verib. Hadisə Bakı-Qazax avtomagistral yolunda baş verib. Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəlcə "KamAZ" markalı yük avtomobilinə, daha sonra yolu iki hissəyə ayıran dəmir məhəccərə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanmışdı.

Xəbər 692 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +