Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


05.12.2025  11:18 

Bu körpü sakinlərin evinə təhlükə yaradır





A+  A-

Bakı-Quba yolunun Şabran ərazisindən keçən hissəsində illər əvvəl inşa edilən körpü bu gün həmin ərazidə yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. sakinlər iddia edirlər ki, evlərinin yaxınlığında inşa edilən körpüdən keçən ağırtonnajlı yük avtomobilləri mənzillərdə çatların yaranmasına səbəb olub.

Sakinlərin sözlərinə görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 122-ci km-liyinin Şabran ərazisində 2010-cu ildə körpü inşa edilib. Körpü istifadəyə verildikdən sonra burdan ağır yük avtomobillərinin keçməsi onların evində titrəmələrə səbəb olub.

Onlar deyir ki, qonşulardan bəziləri öz mülklərini tərk etmək məcburiyyətində qalıblar. Yaranan problemə görə onlar evlərini nə təmir edə, nə də sata bilirlər. Torpağı olanlara isə ev tikməyə icazə verilmir.

Şabran şəhər üzrə icra nümayəndəliyindən "Xəzər Xəbər”ə bildirildi ki, körpünün altına düşən evlərin problemi həll olunub. Yaxın evlərlə bağlı hələ də qərar yoxdur./Xəzər TV

Xəbər 501 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +