Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


03.12.2025  10:23 

Azyaşlılar məktəbəhazırlıq qruplarına getmirlər - Video





A+  A-

Gədəbəyin Arıxdam kənd sakini olan bir qrup valideyn “SIMA” proqramı vasitəsi ilə övladlarını məktəbəhazırlıq qrupuna qeydiyyat keçirib. Valideynlərin sözlərinə görə, məktəb rəhbərliyi tədris prosesini onların seçdiyi ibtidai sinif müəlliminə həvalə etməyib.

XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, müəllim dəyişkənliyinə görə, də iki aydır ki, azyaşlılar məktəbəhazırlıq qruplarına getmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyinin məktəbəhazırlıq qrupunda tədrisə müvafiq bildiyi müəllim ilk dəfədir ibtidai sinif müəllimi işləyəcək. Bu səbəbdən də özlərinin seçdiyi müəllimi istəyirlər.

Sakinlər bildirirlər ki, məktəb rəhbərliyi yaxın günlərdə valideynlərə rəsmi müraciət ünvanlayıb ki, uşaqları tədrisdən yayındırmasınlar. Valideynlərin seçdiyi müəllim Sədiqə Quliyevanı da dinlədik. Müəllimin sözlərinə görə, uşaqları məktəb rəhbərliyi tədris ocağına buraxmır və onlar müvafiq dərs vəsaitləri ilə təmin edilməyib. Rəhbərlik seçim qoyub ki, ya məktəbin rəva bildiyi müəllim tədris edəcək, ya da valideynlərin özlərinin qərarına qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Xəbər 616 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +