Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


11.03.2021  14:27 

Ziyalılardan Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət





A+  A-

Həbsdə olan tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə müraciət olunub.
XəzərNews.az “Bakupost”a istinadən xəbər verir ki, millət vəkillərinin, media rəhbərlərinin ünvanlandığı müraciətdə N.Niftiyevin indiyədək xidmətlərinin nəzərə alınması və azadlığa buraxılması xahiş olunur.

Müraciəti Sabir Rüstəmxanlı, Etibar Əliyev, Əflatun Amaşov, Rəşad Məcid, Qulu Məhərrəmli, Rauf Arifoğlu, Elçin Şıxlı və başqa 30-a yaxın tanınmış jurnalist imzalayıb.

Qeyd edək ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında qeyd olunur ki, Niyaz Niftiyev Binəqədi bələdiyyəsinin sədri olan zaman əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 20 arayış verib. Və həmin arayışların da 7-dən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb.

Amma N.Niftiyevin ittiham aktında əks olunan heç bir epizod üzrə kimdənsə rüşvət almağı və yaxud kiminsə yerinə imza atmağı öz təsdiqini tapmır.

Xəbər 4484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +