26.06.2025 11:32
Deputat restoran satışında ittiham olunur
Qəbələ rayon sakini Rəsulov Zaur İmaməddin oğlu redaksiyamıza müraciət edərək, atasına məxsus və onların mülkiyyətində olan obyektlərinin gizli şəkildə başqasına satıldığını bildirib.
XəzərNews.az xəbər verir ki, Tribunainfo.az-a daxil olan şikayət məktubdan deyilir ki, Qəbələ rayonu, Zərifə Əliyeva küçəsində yerləşən “Mirvari” restoranının gizli satışı “Azərittifaq”ın rəhbəri, deputat Eldar Quliyev tərəfindən həyata keçirilib.
Zaur Rəsulov bildirir ki, “Mirvari” restoranı dağılmış vəziyyətdə olub və atası İmadəddin Rəsulov onu sıfırdan bərpa edərək, restorana çevirib. Uzun illərdir bir hektar ərazisi ilə birlikdə fəaliyyət göstərən restoran isə günün birində məlum olub ki, “Azərittifaq”ın qərarı ilə başqasının adına özəlləşdirilib. “Bizim restoran “Azərittifaq”da payçı olmayan Faiq İbrahimov adlı şəxsin adına özəlləşdirib. Bu kimi hallar Eldar Quliyevin qanunsuzluqlarının yüzdən biridir. İndi mətbuata düzlükdən danışan bu şəxs keçmişi, hazırda da rəhbəri olduğu universitetdə fəaliyyəti bu xalqa ziyan vurmaqdan başqa bir şey deyil”.
Şikayətçi deyir ki, Eldar Quliyevin bu qərarından sonra payçı tərəf kimi İmaməddin Rəsulov və və onun varisi kimi özünün mülkiyyət üzərində olan hüquqlarını pozub. “Onu da qeyd edim ki, restoran “Mirvari” gizlin şəkildə özəlləşdirmədə Faiq İbrahimovun adına aparıla bilməzdi. Çünki o, “Azərittifaq”ın payçısı, eləcə də işçisi deyildi. Yəni, payçı təşkilata məxsusluğu olmayan şəxs idi. Bu mənada Eldar Quliyevə sual olunmalıdır ki, hansı marağı olub ki, həmin obyektə aid payçı şəxs İmaməddin Rəsulovu kənarda saxlayıb, onun razılığı soruşuimadan və ya imtina ərizəsi olmadan 1 hektar torpaq sahəsi daxil obyekti 2000-ci il “sənədi” ilə “Azərittifaq”ın saxta qərərdadı ilə Faiq İbrahimovun adına özəlləşdirib? Hesab edirəm, Eldar Quliyevin bu qanunsuzluğu etməsinə səbəb kimi, Faiq İbrahimovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının dayısı olması, onun imkanlı şəxs hesab edilməsi və Faiq İbrahimovun Kəmaləddin Heydərovun nüfuzundan istifadə etməsi idi”.
Qəbələ sakini bildirir ki, atası və özünün “Mirvari” ictimai-iaşə obyektində pay torpağı və əmlak payı olub. “O da bu gün mənimsənilib, biz bu əmlakdan məhrum edilmişik. İctimai-iaşə kimi fəaliyyətdə olan obyektin qanundan irəli gələn şəkildə ilk əvvəl öz payçısına təklif edilməməsindən sonra, atam Rəsulov İmaməddin Cümşüd oğlu xəstələndi. Bir müddət sonra dünyasını dəyişdi, anam bu hadisədən sonra əsəbdən xəstəlik tapdı.Hətta bu ədalətsiz qərardan həmin ərəfədə ölkə rəhbərliyinə, digər dövlət orqanlarına şikayət etmək istədim. Onda da mənə bildirildi ki, şikayət etməyin, sizin halal lığınız alınacaq, payçı olduğunuza görə pulunuz veriləcək. Bu qanunsuz qərardan 24 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bizim ailənin haqqı hazırkı bazar dəyəri nəzərə alınmaqla hələ ödənilməyib. Məni bu günün özündə də aldadırlar. Eldar Quliyevdən qaynaqlanan, Faiq İbrahimovla yaşanan problem bu günün özündə də həllini tapmayıb. Bir tərəfdən əmlak hüququmuzu pozublar, digər tərəfdən,məni hazırda da aldadırlar”.
Zaur Rəsulov onu da bildirib ki, bir müddət sonra Faiq İbrahimov iz itirmək üçün dəyəri bir milyon manata yaxın həmin obyekti 1 hektar torpaq ərazisi daxil olmaqla, “SOCAR” da məsul vəzifədə çalışan Fərid Cəfərov adlı şəxsə satıb. “Bildiyim qədər, obyekt Fərid Cəfərovun xalası Məcidova Tamella Paşa qızının adına rəsmiləşdirilib. Hazırda 3 milyon manata satışa çıxarılıb”.
Xəbər 193 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|