Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


11.03.2021  12:47 

Belarus koronavirusa qarşı öz peyvəndini yaradacaq





A+  A-

Belarusun səhiyyə naziri Dmitri Pineviç ölkənin koronavirusa qarşı öz peyvəndini hazırlayacağını təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat verib.

“Peyvənd hazırlanacaq, buna şübhə etmirik. Ancaq yerli peyvəndin yaradılmasının bir sıra şərtləri var”,- deyə Pineviç bildirib.

O qeyd edib ki, söhbət yalnız preparatın yaradılmasından deyil, həm də onun sənaye istehsalından gedir.

Nazirin sözlərinə görə, payıza qədər prototipin hazırlanması, ilin sonuna qədər isə eksperimental sənaye istehsalının başladılması planlaşdırılır. Əsas işlər Respublika Epidemiologiya və Mikrobiologiya Elmi-Praktik Mərkəzinin bazasında aparılacaq.

“Tədqiqat davam edir. İmmunitetin xəstəlikdən sonra və peyvənddən sonra nə qədər davam etdiyini tezliklə öyrənəcəyik”,- deyə Respublika Epidemiologiya və Mikrobiologiya Elmi-Praktik Mərkəzinin direktoru Vladimir Qorbunov bildirib.

Xatırladaq ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin öz koronavirus peyvəndini yaradacağını açıqlamışdı. Onun sözlərinə görə, dərmanın inkişaf etdirilməsi üçün 5 milyon Belarus rublu məbləğində büdcə ayrılacaq.

Hazırda ölkədə Rusiya istehsalı “Sputnik V” peyvəndi ilə kütləvi vaksinasiya proqramı aparılır.

Xəbər 3169 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +