Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


11.03.2021  09:38 

“Qırğızıstandan Azərbaycana nəqliyyat dəhlizi yaradılmalıdır” - Çavuşoğlu





A+  A-

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Qırğızıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
XəzərNews.az "AzərTAc"a istinadən xəbər verir ki, jurnalistlərin suallarına Mövlud Çavuşoğlu və qırğız həmkarı Ruslan Kazakbayev cavab verib.

Hər iki nazir səfərin əhəmiyyəti haqqında söz açıb, səmərəli danışıqlar aparıldığını bildiriblər.

Ruslan Kazakbayev deyib ki, danışıqlarda ölkələr arasında ticari-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Türkiyə tərəfi Qırğızıstan-Türkiyə İnvestisiya Fondunun yaradılması təklifini irəli sürüb. Qırğızıstan, Rusiya və Macarıstan arasında artıq belə bir fond yaradılıb və uğurla fəaliyyət göstərir. Biz Türkiyə ilə əmtəə mübadiləsini 1 milyard dollara çatdırmağı qərara almışıq.

Mövlud Çavuşoğlu qeyd edib ki, ticarət, nəqliyyat və loqistika sahələrində maneələr aradan qaldırılmalıdır. Qırğızıstanda və Türkiyədə logistik mərkəzlər qurulmalı, Qırğızıstandan Azərbaycana nəqliyyat dəhliz yaradılmalıdır. Sonra isə Qırğızıstandan mallar Azərbaycan vasitəsi ilə rahat şəkildə Gürcüstan, Türkiyə və Avropaya göndərilə bilər. Türkiyənin xarici işlər naziri təklif edib ki, bu tip layihələri reallaşdırmaq lazımdır.

Ruslan Kazakbayev bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Türkiyəyə rəsmi səfəri hazırlanır. Səfər müddətində 8-9 sənədin imzalanması gözlənilir. Bu səfər əlaqələrin daha da dərinləşməsinə təkan olacaq.

Xəbər 3553 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +