Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


10.03.2021  13:29 

Ali məktəblərdə təqaüdün miqdarı artırılıb





A+  A-

Koronavirusun insanların maddi durumuna təsiri nəzərə alınmaqla distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, dövlət sifarişli yerlərin sayının, habelə tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılması xahiş edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin artırılması məsələsinə diqqət artırılır. Belə ki, 2020-ci ildə əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3%, dövlət sifarişi isə 7,13% artıb. Proqnoz yerlərin 84,5%-i dövlət, 15,5%-i isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1%-i dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2019-cu ildə bu rəqəm 44,75% təşkil edib.

Həmçinin, Azərbaycan Prezidentinin 2019-cu il 14 fevral tarixli sərəncamına uyğun olaraq ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti 2019-2021-ci tədris ilində 45%-ə çatdırılıb. 2020-2021-ci tədris ilindən başlayaraq bu nisbətin 50%-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan sərəncamına əsasən, bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb.

Bundan başqa, ali təhsil müəssisələrində çalışanların sosial müdafiəsinin daha da yaxşılaşdırılması zəruriliyini nəzərə alaraq ali təhsil müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin məbləğlərinin 2019/2020-ci tədris ilində orta hesbla 30%-lə artırılması məsələsi Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılıb və həmin məbləğlər Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli 428 nömrəli Qərarı ilə təsdiq edilib.

2019/2020-ci tədris ili ilə müqayisədə 2020/2021-ci tədris ili üzrə dövlət sifarişi əsasında qəbul planı cəmi 2601 yer (bakalavr – 2207 yer, magistratura – 208 yer, rezidentura - 186) və ya 10,8%-ə yaxın artırılıb.

Xəbər 4175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +