Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


23.02.2017  13:26 

Tikintisinə milyonlar xərclənən yol ÇÖKÜR - Cəlilabadda





A+  A-

Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb.
XəzərNews.az xəbər verir ki, yol yatağının qar sularının təsirində çökməsi asfalt qatında iri çatlar yaradıb.
Kənd sakinləri bildirb ki, yolda çatların genişlənməsi hər gün davam edir.
Qeyd edək ki, vəziyyət belə davam edərsə, 15 kəndin Cəlilabad rayonu ilə əlaqəsi kəsilə bilər.
Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq istismar müddətini başa vurmuş və avtomobillərin hərəkəti üçün yararsız vəziyyətə düşmüş Cəlilabad-Yardımlı avtomobil yolu yenidən qurulub.
80-ə yaxın dağ kəndlərinin ərazisindən keçən yeni yolun tikintisi başa çatdıqdan sonra Cəlilabad rayonundan Yardımlı rayonuna gedən məsafə 30 kilometr qısalacaqdı.
Layihə-smeta dəyəri 82 milyon manat olan yolun 51 kilometri Cəlilabad, 21 kilometri isə Yardımlı rayonunun ərazisindən keçir.
Eni 12 metr, asfalt hissəsi 7 metr olan yolun ilk beş kilometri üçüncü, qalan hissəsi isə dördüncü dərəcəyə uyğun tikilib.
Qeyd edək ki, bu yolun tikintisinə milyonlarla vəsait xərclənib.

Xəbər 4252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +