Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub
Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu


01.03.2024  12:21 

Naxçıvan Universiteti Vasif Talıbovun badına gedib?





A+  A-

Təhsil naziri Emin Əmrullayev Naxçıvan Universitetinin fəaliyyətinin dayandıracağının anonsunu verib. Nazir vurğulayıb ki, universitetin bağlanması təsisçinin qərarıdır.

Universitetin qapanacağı halda aşağı kurslarda təhsil alan tələbələr başqa universitetlərə köçürüləcək.

1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınnış özəl Naxçıvan Universitetinin bağlanmasına səbəb nədir?

Xəzərnews.az xəbər verir ki, əslən Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür Yenisabah.az-a açıqlamasında sözügedən ali təhsil müəssisənin olduqca geniş imkanlara malik olduğunu bildirib.

“Naxçıvan” Univeristeti 1999-cü ildə fəaliyyətə başlamışdı. Bu universitetin təsisçisi İsmayıl Əliyev idi. O həm də Naxçıvan Dövlət Universitetinin müəllimi idi. Sonralar Vasif Talıbov bu universiteti İsmayıl Əliyevin əlindən aldı. Naxçıvan Universiteti Seymur Talıbovun mülkiyyəti oldu. Bu universitetin infrastrukturu olduqca yaxşı idi. O, yataqxanası, korpus binası və şəraiti müasir standartlarla təşkil olunmuşdu. Hətta keçən il Naxçıvanın kitab sərgisi bu universitetin binasında keçirilmişdi”.

Çingiz Özgür qeyd edib ki, Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxmışdı:

“Univeristet təhsil və tədris baxımından olduqca yüksək nüfuza malik idi. Təkcə Naxçıvandan yox, Azərbaycanın bir çox bölgələrindən də bu universitetə oxumağa gəlirdilər. Açığı universitetin nə üçün bağlandığını və tələbələrinin aqibətinin necə olacağı ilə bağlı dəqiq məlumatım yoxdur. Vasif Talıbov bağlanmada əsas amil ola bilməz. Çünki artıq hüquqi, istərsə də faktiki olaraq nüfuzu bitmişdi. Buna görə də universitetin bağlanmasında onun rolunun olduğunu düşünmürəm”.

Xəbər 2807 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +