Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub
Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu


29.02.2024  11:09 

Müdüroğlunun varisləri Azərbaycandan qaçıb





A+  A-

Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varisləri ölkədən qaçıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi bilgiyə görə, Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.

Buna səbəb isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.

Nərgiz Nəsrullayeva da Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.

Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.

“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.

O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.

Məlumata görə Nəsrullayeva Nərgiz Müdüroğlu 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.

Dövlət Neft Fondundan isə saytın sorğusuna cavab olaraq, Nərgiz Nəsrullayeva ilə bağlı konkret fikir bildirməyiblər. “Nərgiz xanımın işə çıxıb-çıxmamasından məlumatsızıq” deyə Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin adının çəkilməsini istəməyən əməkdaşı əlavə edib.



Xəbər 2710 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +