Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


10.12.2025  13:37 

Heydər Əliyev Mehdiyevə dedi ki, sənin Rafiqlə nə işin var?





A+  A-

“1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Ümummilli Liderin fotoqrafı olmuş Rafiq Bağırov “Yeni Sabah”a verdiyi müsahibəsində deyib:

“Heydər Əliyev telefonu götürüb Ramiz Mehdiyevə dedi ki, “sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın”, - deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına”.

Fotoqrafın sözlərinə görə, Ramiz Mehdiyev həmin vaxt onu çox əsəbi qarşılayıb: “Mənə dedi ki, sən niyə gedib məndən prezidentə şikayət eləmisən? Şikayətin varsa, özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz, sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı.”

R.Bağırovun sözlərinə görə, Ramiz Mehdiyev kinli adamdır və kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmur: “Nə etsən də, kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin saxladı”.

Xəbər 295 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +