Ermənistanın Baş naziri Nikol Paşinyan özünü böyük manipulyator sayır və belə başa düşür ki, onun manipulyasiyalarını heç kəs başa düşmür, yalnız özü kiməsə izah edirsə, o başa düşə bilər. Mətbuat xidmətinin rəhbəri Nazeli Bağdasaryanın bu gün “ərazi bütövlüyü, suverenlik və yuridiksiya autsorsinqə verilə bilməz.... Dəmir yolu, boru kəmərləri yüksək gərginlikli xəttlər isə verilə bilər” bəyanatını oxuyandan sonra ağlıma gələn N.Paşinyan və onun mətbuat üzrə köməkçisi yəqin hansısa bir küncə çəkilib, şaqqanaq çəkib erməni xalqına gülməsi gəldi.
Bəlkə də bizlərə gülürlər. N.Paşinyan qoy belə düşünməsin. Atdığı hər bir addımı başa düşürük. Bir-ikisini izah edək və N.Paşinyan da bilsin ki, biz onun hər addımını bilirik.
Əbu-Dabidə Azərbaycan Prezidentinin nümayəndə heyəti ilə birlikdə apardığı danışıqdan sonra N.Paşinyan Brüsselə getdi. Tək Aİ ilə inteqrasiya barədə danışıqlar aparmadı, həm də Belçika ilə danışıq apardı. N.Paşinyandan da əvvəl Ermənistan rəsmiləri, Baş nazirin müavini Azərbaycan, yəni həm sərhəd delimitasiya, həm də kommunikasiyalarla bağlı məsələlərin kuratoru Mqer Qriqoryan da Belçikada oldu. Ardıcıl erməni rəsmiləri, diplomatları parlamentariləri Belçikadan əl çəkmirdilər. Əbu-Dabidən görüşdən qayıdan N.Paşinyanın Belçikada Azərbaycanla münasibətlər barədə əldə etdiyi qətnaməyə baxın:
Azərbaycanın Qarabağa və onun erməni əhalisinə qarşı hərəkətləri beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
Regionda sabit və uzunmüddətli sülh yalnız Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə qarşılıqlı hörmət nəticəsində mümkündür.
“Qərbi Azərbaycan” konteksti tam pislənir.
Bakıda Azərbaycanın Qarabağın liderləri üzərində məhkəməsi anlaşılmaz adlandırılır, pislənilir.
Mədəni və dini abidələrin qorunması üçün UNESCO-nin missiyası zəruri adlandırılır. Paşinyanın Azərbaycanla sülh müqaviləsində təhtəlşüur mövqeyi budur. Eynilə R.Köçəryan və S.Sərkisyanın dövrünün bütün tələbləri oradadır.
N.Paşinyanın öz dövründə irəli sürdüyü “sülh kəsişməsi” Belçikanın qətnaməsinə düşmədi. Çünki artıq o vaxt bilinirdi ki, Amerika “sülh kəsişməsi”nin tərəfdarı deyil, Zəngəzur koridorunun 32 km-lik hissəsini 100 il müddətinə icarəyə götürmək istəyir.
Ona görə N.Paşinyan və onun bütün komandası Brüsseldə kabinetlərin qapısını açıb, bağlamaqdan sındırsalar da vəziyyəti dəyişdirə bilmədilər. Çünki Brüssel üçün ABŞ Ermənistandan daha vacib dövlətdir. Bu N. Paşinyanın iç üzü. Bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışır, özünü aktiv göstərir və bütün dünya belə başa düşür ki, yazıq Paşinyan bildirir ki, sülh müqaviləsini imzalayaq, imzalamaqdan keçdi, indi paraflamada dayandı. Azərbaycan onun sözünə qulaq asmır.
İkinci misal: Paşinyan ABŞ-a yeni səfir təyin edir, Ermənistanın daxilində Azərbaycana qarşı mübarizə konsepsiyası hazırlayır. Üç istiqamətdə iş gedir:
1. Qarabağdan “qovulmuş” xristian ermənilər Azərbaycan ərazisinə qayıtmalıdır, konqresmenlər belə qətnamə irəli sürdü.
2. Amerika Erməniləri Assambleyası Bakıda həbsdə olan ermənilərin azadlığa buraxılmasını, Yerevana qaytarılmasını tələb edirlər.
3. İri qlobal mətbuatda Azərbaycana qarşı Ermənistan və İranın birgə şər-böhtanını təkrarlamaqdır. Bütün bunların hamısı da təyin olunacaq səfir, Əmək və Sosial maəsələlər naziri Narek Mkrtçyanın rəhbərliyi ilə hazırda “Save Armenia” təşkilatı vasitəsi ilə reallaşdırılır.
Azərbaycan prosesləri N.Paşinyanı bəyanatları ilə deyil, hərəkətləri ilə qiymətləndirir. Bu ətrafda baş verən proseslərdə ən düzgün ifadə İranın Ermənistandakı səfiri M.Sübhaninin İran və erməni xalqının tam eyni olduğu ilə bağlı dediyi fikirlərdir. Bu tam həqiqətdir. Hər iki xalqı çox yaxşı tanıyırıq. Aldatma, yalan, kələk, arxadan zərbə vurmaqda və s. hər ikisi eynidir. Tək digərlərinə yox, bir-birilərinə qarşı da siz bir az gözləyin, İranla Ermənistanın arasında baş verənlərin də səsi çıxacaq.
Ermənistanla Azərbaycanın arasında kommunikasiyanın idarəçiliyi müzakirə mövzusudur. Elektrik şəbəkəsi müzakirədə deyil. S.Karapetyanın müəssisəsini N.Paşinyan oğurlayıb. Burada izah verək ki, görünür N.Paşinyan S.Karapetyanın elektrik şəbəkəsini Azərbaycana vermək istəyir. Amma S.Karapetyanın elektrik şəbəkəsi ilə bağlı Azərbaycan üçün daha vacib məsələ var. Bu, Stokholm Beynəlxalq Arbitraj Məhkəməsinin qərarıdır. N.Paşinyan həmişə bildirirdi ki, konstitusiyanı dəyişməyə ehtiyac yoxdur. Çünki Ermənistanın qanunlarına görə, beynəlxalq qaydalar Ermənistanın daxili qanunlarından daha prioritet hüquqa malikdir. Stokholm Beynəlxalq Arbitraj Məhkəməsi qərar çıxardıb, N.Paşinyan buna əməl etmir. Bu da Azərbaycanın əlinə Allahın və ya N.Paşinyanın küt intellektinin verdiyi üstünlükdür.
N.Paşinyan və İran Ermənistanın daxilində də bir-biri ilə ciddi toqquşmadadırlar. İran artıq N.Paşinyanın davranışını başa düşüb. Bilir ki, Paşinyan hökuməti onu aldadıb. Bir neçə gün bundan əvvəl “Haydat”ın Yaxın Şərq bürosu İsrailin Qəzzada törətdiyi vəhşiliklərə görə kəskin pislədi. “Haydat” Daşnaksutyun partiyasının tarixən yaratdığı strukturdur. Daşnaksutyun partiyası üçün maliyyə və siyasi resurs rolunu oynayıb. Paşinyan hökumətdir və İrandan Azərbaycanı cəzalandırmağı tələb edir. N.Paşinyan üçün İran Azərbaycanı cəzalandıran maşındır. İran isə Azərbaycanı cəzalandıra bilmirdi.
Gücümü çatmırdı, yoxsa Azərbaycan bacarıqlı idi, cəzanın altına girmirdi. Bu ayrı mövzunun söhbətidir. İş ondan gedir ki, Daşnaksutyun partiyası sadəcə müxalifətdə olan partiyadır. Daşnaksutyun partiyasının İranın qarşısında qoya biləcəyi ilkin tələb N.Paşinyanı devirib, Daşnaksutyun partiyasını hakimiyyətə gətirməkdir. Sonra Daşnaksutyun partiyası Azərbaycanla bağlı arzu bildirər. Bu isə İranın ermənilər tərəfindən tək aldadıldığı deyil, 2-3 qat aldadıldığı deməkdir. Allah regionu Ermənistanla iki eyni düşüncəli xalqın, dövlətin bəlasından xilas etsin. Ermənilərin iri dövlətləri parçalayıb, pul qazanmaqda böyük təcrübəsi var. Vaxtilə Osmanlı imperiyasına qarşı mübarizə aparıblar, ondan bir az əvvəl İranda Sasanilər hökumətinin daxilində müxtəlif saray çaxnaşmaları yaratmışdılar. Sonradan Osmanlı imperiyasını dağıtdıqlarına görə müəyyən torpaq və s. dividentlər əldə etdi. Həm Qərb, həm də Çar Rusiyası tərəfindən qazandılar, sonra da SSRİ-ni dağıtdılar. İndi Ermənistanın ətrafında dağılmalı iki dövlət var. Bu Rusiya və İran dövlətləridir.
Rusiya dövləti müharibə vəziyyətində olduğuna görə özünü səfərbər edib. Yaxın zamanda dağılma şansı yoxdur. İranın dağılmasında ABŞ, İsrail və Rusiya maraqlıdır, o istiqamətdə fürsət gözləyirlər. N.Paşinyan da bunu bilir. N.Paşinyan Baş nazir olduqdan sonra İrana səfərdən sonra o İsrailə 3 nümayəndə heyəti göndərdi ki, İran “nağaradır”, gurultusu var, gəlin İranı dağıdaq. İranın dağılma mövzusunu N.Paşinyan hakimiyyətə gəldiyi ilk aylardan qoymuşdu.
Rusiya “Şərqi Ermənistanı işğal edib” fikri də N.Paşinyanın İrana qarşı ərazi iddiası kimi qəbul edilə bilər. Ola bilər N.Paşinyan BMT TŞ-də artıq ərizə qoyub, lazım olarsa ABŞ o ərizəni hərəkətə gətirə bilər. İran Ermənistanın daxili işlərinə qarışır, suverenliyinə qəsd edir. İran yaxın zamanda hərbi, geosiyasi burulğana düşə bilər. Əlbəttə, İranın əlində ehtiyat variant var. Ermənistanı çıxmaq şərti ilə İranın bütün ətrafı müsəlman dövlətləridir. İranda müsəlman dövlətinə raket atmaq çox böyük ləzzət mənbəyidir və özlərini qalib kimi təqdim edə bilərlər. Azərbaycan və Türkiyənin ərazisinə raket atıb, ləzzət ala biləcək. Yaranmış vəziyyətdən çıxış yolları vaxt gəldikcə İran başa düşəcək ki, Azərbaycan hansı addımları ata bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 464 dəfə oxunub.