“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


05.05.2025  16:22 

Uşaq həkimi odlu və soyuq silah saxlayırmış





A+  A-

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.

XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, 49 yaşlı Elnur Həsənov bir neçə ay əvvəl “Fairmont” hoteldəki bərbərə gedərkən saxlanılıb.

Belə ki, həmin vaxt ölkədə COP29 layihəsi çərçivəsində Daxili Qoşunların əməkdaşları hotelin girişində onun avtomobilini yoxlayıblar. Həkimin avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança, yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşyalar tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib və 9 ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 4 ədəd ov silahı və “beşbarmaq” müəyyən edilib.

Elnur Həsənov ov həvəskarı olduğunu bildirib. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zaman tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyənləşib.

Qeyd edək ki, E.Həsənov həbs edildiyi gündən sonra uzun müddət getmədiyi üçün işdən azad edilib.

Həkim istintaq zamanı 5 aydan artıq həbsdə qalıb. Məhkəmə onu törətdiyi əməllərdə təqsirli bilib və barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və həbsdən azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

Xəstəxanadan Bakupost.az -a verilən məlumata görə, E.Həsənov artıq işə çıxır və əməliyyatlara davam edir.


Xəbər 1957 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +