Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


28.10.2025  11:39 

AYNA-nın “modernləşmə”sinin acı nəticəsi: Bakı tıxacda boğulur





A+  A-

Hazırda Bakının 15 əsas prospekt və küçəsi hər gün eyni mənzərə ilə üz-üzədir. Tıxac, qulaqbatıran siqnal səsləri, havada qalın benzin qoxusu və əsəbi sürücülər. Paytaxtın nəqliyyatı sanki boğulur, şəhər nəfəs ala bilmir.

Bütün bunların səbəbi təsadüfi deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son illər həyata keçirdiyi “yenilənmə” adı altında yolların daraldılması, avtomobil zolaqlarının hesabına “parklamaxanalar” və “velosipedxanalar” düzəldilməsi şəhər strukturunu iflic vəziyyətinə salıb.

Bəli, biz də hesab edirik ki, velosiped və piyada infrastrukturunun inkişafı müasir şəhər mədəniyyətinin vacib hissəsidir. Lakin Bakı kimi sıx tikilili və planlaşdırılmamış şəhərdə bu işlər strateji plan olmadan aparıldıqda, nəticə bugünkü kimi olur: tıxaclar, gecikmələr və artan hava çirkliliyi.

Ən acınacaqlısı isə odur ki, AYNA-nın daraltdığı küçələrin ətrafı eyni zamanda göydələnlərlə doldurulur. Şəhərin mərkəzində onlarla yeni tikili, yüzlərlə yeni avtomobil, amma heç bir yeni nəqliyyat strategiyası yoxdur.

Nəticə də ortada: hər gün bu küçələrdə min tonlarla yanacaq yandırılır, Bakı ekoloji fəlakətə doğru irəliləyir, İnsanlar əsəbi, həyat keyfiyyəti isə hər gün bir az da azalır.

AYNA-nın əsas vəzifəsi şəhərin nəqliyyat yükünü azaltmaq, ictimai nəqliyyatı əlçatan və effektiv etmək olmalıydı. Amma görünən odur ki, qurum şəhəri planlaşdırmaq yox, sadəcə rəngli xətlərlə “bəzəmək”lə məşğuldur.

Bakının bu “boğulma sindromu” davam edərsə, yaxın illərdə tıxac təkcə yolları yox, paytaxtın gələcəyini də iflic edəcək.

N.Oruclu
XəzərNews.az





Xəbər 933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +