Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


05.05.2021  11:55 

Dələduz “vəkil“ saxlanıldı





A+  A-

İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək, onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.

Daxil olan müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb.

Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.

"Elman Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Xəbər 3851 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +