Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.05.2025  12:21 

Hamamda bacısıqızını yad kişi ilə gördü və...





A+  A-

Cəlilabad şəhərində münaqişə zəminində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

XəzərNews.az apa-ya istinadla xəbər verir ki, Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Bəhruz Hüseynov yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.

Xanımı Fəridə Hüseynova bildirib ki, əri axşam saatlarında işdən evə qayıtdıqdan sonra hamam otağından gələn səsləri eşidib. Evdə bacısıqızının da olmasına görə əvvəlcə vəziyyətdən şübhələnməyib. Lakin hamamın qapısını açdıqda orada bacısı ilə birlikdə yad bir şəxsi, Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.

Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə bir zərbə endirib. İkinci zərbəyə isə mərhumun həyat yoldaşı mane olub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.

Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Mərhum avtomobil ustası kimi fəaliyyət göstərirdi və ailəli idi. Bəhruz Hüseynov artıq doğulduğu rayonda dəfn olunub. Onun iki övladı var.



Xəbər 2493 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +