Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


10.05.2018  18:31 

Polis rayonlarda silsilə oğurluq edən şəxsi tutdu





A+  A-

Tovuz polisi bir neçə rayonda silsilə oğurluq edən şəxsi zərərsizləşdirib.
XəzərNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif rayonlarda oğurluq əməlləri törətməkdə şübhəli bilinən Beyləqan sakini Seymur Mustafayev saxlanılıb. 37 yaşlı Seymur Mustafayev ötən ilin oktyabr ayında başqa adla Tovuzda kirayədə qaldığı iki evdən notbuklar, mobil telefonlar, zinət əşyası və xeyli miqdarda pul götürərək rayondan qaçıb. Rayon polisi zərərçəkənlərin şikayəti əsasında həmin şəxsin axtarışlarına başlayıb. Həyata keçirilən tədbirlər nəticəsində S. Mustafayev tutulub.

İstintaq zamanı məlum olub ki, S. Mustafayev eyni əməlləri Balakən və Oğuz rayonlarında da törədib. O, həmin rayonlarda da kirayədə qaldığı mənzilləri qarət edib və sonra rayondan qaçıb.

Qeyd edək ki, S. Mustafayev bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, dələduzluq etdiyinə görə 6 il azadlıqdan məhrum olunub.

Hazırda onun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Xəbər 2903 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +