“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu
“Porsche“ ilə avtoxuliqanlıq edən sürücü həbs olundu
General-leytenant Usubovun oğlu həbs edilib


10.12.2025  16:16 

“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama





A+  A-

"Azərbaycanda bir neçə dəfə hakimiyyəti qeyri-konstitusiya yolu ilə ələ keçirmək cəhdləri olub və bu prosesdə ən aktiv olan Şimal qonşumuzdur. Şimal qonşumuz Azərbaycandakı uzantıları və tərəfdarları vasitəsilə ölkədə nəzarət imkanları əldə etmək və öz adamlarını önə çəkərək Azərbaycana təsir göstərmək istəyib. Hər dəfə bunun qarşısı alınıb, Azərbaycan xüsusi xidmət orqanları bu prosesləri vaxtında önləyə bilib".

XəzərNews.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, Moskvanın Azərbaycandakı əsas fiqurlarından biri, bəlkə də birincisi Ramiz Mehdiyev olub:

"Uzun müddət önəmli vəzifə daşıyan bu şəxs ətrafında geniş çevrə formalaşdırmağa nail olub. Nəhayət, onun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb və dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirməyə cəhd kimi ciddi ittihamlar irəli sürülüb. Bu ittihamda göstərilən cinayətin həyata keçirilməsi üçün komanda olmalı idi və bunu bir nəfərin təkbaşına etməsi mümkün deyil. Bu baxımdan Ramiz Mehdiyevin formalaşdırdığı komanda müəyyən edilməli və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə ciddi addımlar atılır".

Deputat qeyd edib ki, rəsmi məlumat verilməsə də, bir çox şəxslərin istintaqa cəlb edildiyi və ifadə verdiyi məlumdur və artıq həbs olunanlar da var:

"Əli Kərimli də bu cinayət işi üzrə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib, barələrində həbs qətimkan tədbiri seçilib, eləcə də bu çevrədən olan bir neçə nəfər məsuliyyətə cəlb olunub. Görünən odur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu şəxslərin məsuliyyətə cəlb edilməsinə əsas verən ciddi məlumatları var və onların barəsində həbs qətimkan tədbirinin seçilməsi də bununla bağlıdır. Bu proses davam edəcək və davam etməlidir. Azərbaycanda qeyri-konstitusiya yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edən şəxslər tam müəyyən edilməli və hər biri məsuliyyət daşımalıdır".

Onun sözlərinə görə, dövlət qarşısında xidmətləri olmuş şəxslər belə, bu xidmətlər nəzərə alınmadan məsuliyyətə cəlb edilməlidir:

"Çünki dövlətin suverenliyinə qarşı yönəlmiş zorakılıq fəaliyyəti ən böyük cinayətdir və heç bir halda əfv edilə bilməz. Bu istiqamətdə fəaliyyət göstərən hər kəs məsuliyyətə cəlb olunmalıdır. Dövlət maraqları və milli təhlükəsizlik hər şeydən öndədir və kimliyindən asılı olmayaraq bu prosesdə iştirak edən hər kəs sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan hüquq-mühafizə orqanların peşəkarlığına tam əminəm. Proses sona qədər davam edəcək və bu məsələdə günahı olan hər bir kəs layiqli cəzasını alacaq".

Xəbər 274 dəfə oxunub.




11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +