Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


05.12.2025  14:26 

“LONDONDA ƏXLAQSIZ HƏYAT KEÇİRƏN...“ - Mirşahin sabiq nazir və qızı ilə bağlı nələr dedi? + VİDEO





A+  A-

"Mən ondan danışmaq istəmirəm ki, Suad xanım atası Əbülfəsin mənliyini daim qalmaqallarla daşqalaq edib. Valideynin adını Londonda əxlaqsız həyat keçirən, atasının pulları ilə narkotik və seks partiləri təşkil edən övlad atasıtək çıxarıb...".

XəzərNews.az xəbər verir ki, bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev Bakı Film Festivalında nümayişinə qadağa qoyulan, rejissor və ssenari müəllifi Suad Qara olan “Məhsəti” qısametrajlı bədii filmi ətrafında mübahisələrə münasibət bildirərkən deyib.

M.Ağayevin sözlərinə görə, film nəinki Azərbaycanın, bütün Şərqin böyük şairi Məshəti Gəncəvinin ismət və ləyaqətini hədəf alır: “Xəbər sadə şəkildə budur. Hansısa “Məshəti” filmi beynəlxalq film festivalının proqramından silinib. Amma xəbərin mürəkkəb şəklində ciddi mədəni, siyasi, ictimai, hətta kəşfiyyat xarakterli təhdidlər var...İkincisi, bu filmin Məshətinin soydaşı azərbaycanlı çəkib. Üçüncüsü, bu filmi Məshətinin soydaşı azərbaycanlı qadın çəkib. Dördüncüsü, filmi 16 il Azərbaycanın Mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı Suad Qara çəkib. Beşincisi, altıncısı, yeddincisi və sair də var. Amma mən elə bu dörd müddətdən çıxış edəcəm”.

M.Ağayev vurğulayıb ki, Suad Qaranın təqdim və təlqin etdiyi budur ki, Məshəti Gəncəvi müasirimiz olsaydı, əxlaqsız biri olardı: “Barlarda sərxoş vaxt keçirər, yatağını, qucağını hər fürsətdə paylaşardı. Əyyaşların, seksual azlıqların içində dolaşardı... və bu o Məshəti Gəncəvidir ki, YUNESKO onun 900 illik yubileyini dünya səviyyəsində qeyd etmişdi.

Şərqin ən böyük qadın şairinin “dün kası küzəmi daşlara çaldım, sərxoşdum, bilmədim əlimdən saldım, küzə dilə gəlib dedi ki, mən də, sənin kimi idim, bu günə qaldım” misralarını isə ən böyük mütəfəkkirlər ömrün mənası barədə ən mükəmməl kəlamlar adlandırıblar. Suad Qara isə belə bir şəxsiyyətin, o cümlədən azərbaycanlının, Şərqin ruhunu təhqir edib. Mən ondan danışmaq istəmirəm ki, filmdə öz arzularının, seksual fantaziyalarının xanımı Suad Məshətinin vücuduna açıq-saçıq səhnələrdə, erotik planlarda proyeksiya edib və milli-mənəvi əmanətlərimizə xəyanət edib. Mən ondan danışmaq istəmirəm ki, Məshəti xanımın belə təqdimatı milli-ədəbi tariximizi, xüsusilə gənclərə antiəxlaq yönündən göstərməkdir. Mən ondan danışmaq istəmirəm ki, Suad Qara həm də şərəfli bəstəkar Qara Qarayevin adını, soyadını, üzünü qara, qapqara etməyə növbəti cəhd edib. Və Məshəti Gəncəvini ildırımli yollarla yox, sürüşkən yollarla, əyri yollarla aparıb. Mən ondan danışmaq istəmirəm ki, Suad xanım atası Əbülfəsin mənliyini daim qalmaqallarla daşqalaq edib. Valideynin adını Londonda əxlaqsız həyat keçirən, atasının pulları ilə narkotik və seks partiləri təşkil edən övlad atasıtək çıxarıb. Mən ondan danışmaq istəmirəm ki, Suad Qarayeva Londonun göylə gedən moda klublarının sədaqətli və səxavətli qonağı olub. Çünki kişilər seksual görünən qadınları çox sevirlər”.

Ətraflı videoda...



Xəbər 653 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +