“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


21.06.2025  21:58 

Musa Şəkiliyevin övladlarının şirkətləri, restoranları...





A+  A-

Xəbər verdiyimiz ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İlkin məlumatlara görə, əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

İcra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyev vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Musa Şəkiliyevin övladları - Orxan və Rəsul Şəkiliyevlər - həm Bakıda, həm də Qax rayonunda, eləcə də Rusiyada geniş biznes fəaliyyətləri ilə tanınırlar.

Qardaşların rəhbərlik etdiyi əsas şirkətlərdən biri "Madena" MMC-dir. Şirkətin təsisçisi sabiq icra başçısının oğlu Rəsul Şəkiliyev, qanuni təmsilçisi isə Keyseruxski Şamil Fuad oğludur.

MMC 13 noyabr 2017-ci ildə qeydiyyata alınıb və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 22C, 4-cü mərtəbədə yerləşir. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkət özünü kənd təsərrüfatı məhsullarının ixracı üzrə ixtisaslaşmış ticarət qurumu kimi təqdim edir. Maraqlıdır ki, şirkətin vebsaytı yalnız rus və ingilis dillərində fəaliyyət göstərir.

Rəsul Şəkiliyev əvvəllər dövlət strukturlarında çalışıb, daha sonra biznes fəaliyyətinə keçib. O, bir neçə il əvvəl bahalı günəş eynəyi ilə gündəmə gəlmişdi – həmin eynəyin qiymətinin bir müharibə veteranının 4,5 illik pensiyasına bərabər olduğu bildirilmişdi.

Əvvəldən biznesmen kimi özünü tanıtmaq istəyən Orxan Şəkiliyev də böyük iş adamı kimi tanınır. Onun da Bakının bir sıra rayonlarında kafe və restoran şəbəkələri var, həmçinin Qaxda mebel istehsalı ilə məşğul olduğu deyilir.





Xəbər 307 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +