Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi


14.11.2019  12:25 

Yanvarın 1-dən bu məhsulların satışı ƏDV-dən azad edilir





A+  A-

“Vergilər Məcəlləsinə hazırda edilən dəyişikliklər mahiyyətinə, miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklər kimi qəbul edilə bilər”.
XəzərNews.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, sözügedən Məcəlləyə 162 dəyişiklik nəzərdə tutulur: “ Məcəllənin 73 maddəsi dəyişib. Uyğunlaşma xarakterli dəyişikliklərin sayı 89-dur. Məcəlləyə dəyişikliklər ədalətli rəqabət, şəffaf və fiskal mühitin təmin edilməsinə xidmət edir. Həmçinin dəyişiklik sahibkarlığın inkişafı ilə haqsız rəqabətin aradan qaldırılmasına xidmət edəcək”.

Komitə sədri bildirib ki, gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilir: “Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla). Məcəllənin 218-1-ci maddəsinin ( Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur.

Məcəlləyə edilən digər dəyişikliklə isə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ildən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək”.

Xəbər 3652 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +