Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?


08.06.2025  19:15 

Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı





A+  A-

Bu ilin ilk rübündə Azərbaycanda adambaşına düşən istehlak xərci 367 manat 76 qəpik olub.

Xəzərnews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən istehlak xərci 5,2% artıb.

Məlumat üçün bildirək ki, bu ilin ilk rübündə əhalinin istehlak xərclərinin 165,3 manatı qida məhsullarının alınmasına sərf olunub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım göstərib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında istehlak xərcləri arasında ən çox artım alkoqollu içkilərə sərf olunan vəsaitdə qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk 3 ayında alkoqollu içkilərə adambaşına orta hesabla 2,24 manat xərclənib ki, bu da ötən illə müqayisədə 9,8% çoxdur.

Ən az artım isə su, işıq, qaz və digər yanacaq növlərinə sərf olunan vəsaitdə müşahidə edilib. Bu istiqamətdə adambaşına düşən xərclər 29,23 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,3% artım deməkdir.

Aşağıdakı cədvəldə 2024 və 2025-ci illərin ilk rübü ərzində qeydə alınan adambaşına düşən istehlak xərcləri və artım faizləri göstərilib:



Xəbər 206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +