Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


24.06.2022  10:08 

Azərbaycanda kredit faizləri artacaq? - VİDEO





A+  A-

Bəzi bankların kredit faizlərini artıra biləcəyi ilə bağlı iddialar səsləndirilib. Ekspertlər deyirlər ki, Mərkəzi Bankın etdiyi dəyişiklik kredit faizlərinin yüksəlməsinə səbəb ola bilər. Məsələ ilə "Xəzər Xəbər" olaraq Mərkəzi Banka sorğu ünvanladıq. Aidiyyəti qurum məsləyə aydınlıq gətirib.

Yaxın aylarda banklar tərəfindən kredit faizlərinin artırılacağı ilə bağlı iddialar yayılıb.İqtisadçı ekspert Rəşad Həsənov bunu Mərkəzi Bankın `Məcburi Ehtiyatların norması, hesablanması və saxlanması` qaydasına etdiyi dəyişikliklə əlaqələndirir. Onun sözlərinə görə dəyişikliyə əsasən, milli valyutada depozitlər üzrə Məcburi ehtiyatlar norması 0,5%-dən 4%-ə, xarici valyutada isə 1%-dən 5%-ə qaldırılıb.

Rəşad Həsənov bildirib ki, bu dəyişikliklə bank sisteminin kredit vermək qabiliyyəti də məhdudlaşa bilər.

Ekspert bildirib ki, `böyük likvidliyi olan banklar depozit fazilərini azaltmaqla kredit faizi siyasətini qoruya bilər. Bu imkanı olmayan bankların isə kredit faizlərini artıracağı gözlənilir.

Bu məsələ ilə bağlı Mərkəzi Bank "Xəzər Xəbər"in sorğusunu cavablandırıb. Bildirilib ki, Faiz dəhlizinin parametrləri ilə bağlı əvvəlki qərarlar monetar şəraitin inflyasiyaya azaldıcı təsirini gücləndirməkdə davam edir.İnflyasiya təzyiqlərinin artdığı şəraitdə bank sektorunda mövcud izafi likvidliyin əlavə sterilizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın qərarı ilə "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır.Mərkəzi Bankın qiymətləndirmələrinə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir. Bu da o deməkdir ki, izafi likvidlik şəraitində məcburi ehtiyat normalarının artırılmasının kredit faizlərinə artırıcı təsiri gözlənilmir.



Xəbər 1780 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +