Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


25.05.2025  03:18 

Ukraynaya kütləvi HÜCUM GÖZLƏNİLİR - Bombardmançılar havaya qaldırıldı





A+  A-

Rusiya “Kalibr” raketləri ilə silahlanmış daşıyıcı gəmiləri Qara dənizə çıxarıb.

XəzərNews.az Musavat.com istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna hava məkanında Rusiya ordusunun strateji aviasiyası da müşahidə olunur.

“Aviasiyanın fəallığını nəzərə alaraq, diqqəti dənizə yönəltmək lazımdır. Rusiya hərbçiləri üçün aviasiya və “Kalibr” daşıyıcılarından eyni vaxtda istifadə etmək adi təcrübədir. Adətən, bu raketlər hava hücumları ilə paralel şəkildə tətbiq olunur. Əgər hava hücumu baş verərsə, “Kalibr” raketlərindən də istifadə oluna bilər”, – deyə Pletençuk telemarafon zamanı qeyd edib.

Rus aviasiyasının fəaliyyəti barədə məlumat verən “Nikolayevskiy Vanek” adlı Telegram kanalı isə bildirib ki, “Olenya” aerodromundan təxminən 7 ədəd “Tu-95MS” strateji bombardmançısı havaya qalxıb. Bu uçuşların döyüş xarakterli olduğu ehtimal edilir.

Məlumata əsasən, həmin təyyarələrin Engels bölgəsinə 00:50–01:30 aralığında çatacağı gözlənilir. Əgər raket buraxılışı buradan həyata keçirilərsə, raketlər 01:30–02:00 arasında Ukrayna hava məkanında ola bilər. Həmlələr Xəzər dənizi üzərindən gerçəkləşərsə, raketlərin 03:00–04:00 aralığında Ukraynaya çatacağı ehtimal olunur.

Bundan başqa, Engels aerodromundan daha iki ədəd “Tu-160” strateji bombardmançısı da havaya qalxıb.

Hazırda Ukrayna Hərbi Hava Qüvvələri bu təyyarələrə dair rəsmi açıqlama yaymayıb. Bununla yanaşı, Ukrayna hava məkanında çoxsaylı “Şahed” tipli kamikadze dronların müşahidə edildiyi və ballistik raket buraxılışlarının qeydə alındığı bildirilib.

Xəbər 158 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +