Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


10.12.2025  12:27 

“Bakubus” məmurun qardaşının şirkətinə 27 milyon ayırıb





A+  A-

“Bakubus” MMC “Bakelektro” ASC (VÖEN – 1500046831) ilə satınalma müqaviləsi imzalayıb.

XəzərNews.az xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Qeyd edək ki, “Bakelektro” ASC “Bakubus”un sifarişi əsasında Albalılıq qarajı (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 658) üzrə elektrik təchizatı işlərini həyata keçirəcək.

Görüləcək işlərin qarşılığında “Bakelektro” ASC “Bakubus”dan 12 milyon 255 min 98 manat 48 qəpik alacaq.

Məlumat üçün bildirək ki, “Bakelektro” ASC-nin rəhbəri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 3 iyul 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 milyon 238 min 228 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-də yerləşir.
Onu da qeyd edək ki, 3 ay əvvəl – bu ilin sentyabr ayında da “Bakubus” MMC “Bakelektro” ASC ilə 15 milyon manatlıq satınalma müqaviləsi imzalayıb.

Müqavilə Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0,4 kv daxili elektrik sisteminin qurulması işləri ilə bağlı olub./Yeniavaz.com


Xəbər 555 dəfə oxunub.




10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +