Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.07.2021  10:16 

Xarici diplomatların Füzuli və Şuşaya səfərləri başladı





A+  A-

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dək nümayəndəsinin iyulun 9-da Ermənistanın işğalından azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
XəzərNews.az xəbər verir ki, səfər Prezident İlham Əliyevin tapşırığı əsasında təşkil olunub.

Səfərin məqsədi diplomatik korpusun nümayəndələrini Ermənistan Silahlı Qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmaq, həmçinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri ilə tanış etməkdir.

Diplomatlar əvvəlcə Füzulidə beynəlxalq hava limanının tikintisi ilə tanış olacaq, daha sonra “Füzuli” yarımstansiyasına baş çəkəcəklər. Şuşada isə diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi və memarlıq abidələri ilə tanış olacaqlar.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələrini Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Xəbər 3877 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +