Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.12.2025  12:55 

Məhkəmə dələduzun günahsız olduğunu ortaya çıxardı





A+  A-

Səbail Rayon Məhkəməsində dialez xəstəsi olan tanışına böyrəyini köçürmək adı ilə dələduzluqda ittiham edilən Xəyyam Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərNews.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, X. Məmmədovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

İttihama görə, Xəyyam Məmmədov tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışının həyat yoldaşının dialez xəstəsi olduğunu bildikdən sonra ona 20 min manat müqabilində öz böyrəyinin köçürülməsini təmin edəcəyi barədə yalandan vəd verib. Pulu aldıqdan sonra isə vədinə əməl etməyib.

Ona qarşı 178.2.4 maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Xəbər 2050 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +