Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.06.2021  14:36 

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ





A+  A-

“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfi 2550-dən çox tibbi xidməti özündə əks etdirir. Xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində işlər gedir”.
XəzərNews.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, hər il xidmətlər zərfi üzərində ciddi dəyişikliklər edilməsi nəzərdə tutulur:

“Bu il üçün müvafiq qurumlara təqdim etdiyimiz xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır. Bildiyiniz kimi zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub. Xidmətlərin əlavə edilməsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır”.

Agentlik rəsmisi qeyd edib ki, tibbi xidmətlər zərfinə əlavə ediləcək yeni siyahıya yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir:

“Bundan əvvəl xidmətlər zərfində bu öz əksini tapmayıb”.

Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı

Xəbər 3438 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +