Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.09.2025  10:40 

26 yaşlı qadın sevgilisini yaba ilə döydü





A+  A-

Göygöl rayonunda kişi sevgilisi tərəfindən döyülüb.

XəzərNews.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə Göygöl şəhərinin Xəqani küçəsində baş verib.

Rayon sakini Anar Azadov (soyadı şərtidir) həmin ünvanda yaşayan, bir uşaq anası, həyat yoldaşından boşanmış 1999-cu il təvəllüdlü Zərnitac Bilalova (soyadı şərtidir) ilə tanış olub və üç il ərzində onunla sevgi münasibəti yaşayıb. Lakin münasibətlərdə yaranan mübahisələrdən sonra Zərnitac Anardan ayrılıb.

Bir neçə gün öncə Anar yenidən həmin küçəyə gedərək Zərnitacın uşağını görmək istəyib. O, maşınını qadının evinin qarşısında saxlayaraq həyətə daxil olmaq istəyib. Bu zaman Zərnitac onun avtomobilini daşla zədələyib. Hadisədən əsəbiləşən Anar avtomobildən düşərək qadının üstünə gedib və onu boğmağa cəhd edib. Zərnitac onun əlindən çıxaraq həyətə girib, oradan ot yabası götürüb və Anara tərəf hücum edib.

Qadın sevgilisinin qarın nahiyəsinə zərbə endirməyə çalışsa da, Anar buna mane olub. Ardınca Zərnitac yaba ilə onun başına vuraraq yerə yıxıb. Daha sonra o, həm yaba, həm də daşla Anara xəsarətlər yetirib.

Hadisə yerinə çağırılan polis əməkdaşları tərəfindən fakt üzrə cinayət işi başlanıb və məhkəməyə göndərilib.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə Zərnitac Bilalovaya 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Xəbər 1873 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +