Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


07.07.2025  11:25 

Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XəzərNews.az xəbər verir ki, dövlə başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.

Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda, Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd etdi.

Dövlət başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd etdi, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğuladı.

Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri ölkəmizə səfərdən və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini vurğuladı. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək vurğuladı ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.

Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğuladı.

Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxundu. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd etdi.

Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirildi, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.



Xəbər 144 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +