Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


08.12.2025  12:04 

Mehdi Sübhani adına İran Banan Respublikası... - TƏHLİL





A+  A-

İranın XİN rəhbəri Abbas Əraqçının Azərbaycana səfəri, Tehran rəhbərliyinin qonşularla münasibətləri dəyişmək cəhdlərinin bir epizodudur. Lakin taktikanın strategiyaya çevrilməsi üçün ilkin şərtlər görünmür. İran, Azərbaycandan öncə Pakistanla əlaqələri normallaşdırmağa çalışır və təxminən bir ay ərzində bu istiqamətdə üç müxtəlif əməkdaşlıq formatı barədə ehtimallar formalaşdırıb.

Türkiyə İran üçün “boğucu” bir aktora çevrilib. Tehran Avropaya çıxışını Türkiyəyə etibar edə bilmir və yenə Ermənistan variantına üstünlük verir. Ermənistanla 65 km-lik dəmir yolunu çəkmək əvəzinə, Türkiyə ilə 220 km-lik Mənənd–Çeşmə–Sorayya dəmir yolunu tikməsi də bunu göstərir.

İrana hansı bucaqdan baxsaq, “yeni İran” obrazı meydana çıxır. Azərbaycan perspektivindən isə daha qəribə mənzərə yaranıb: sanki İran İslam Respublikası yoxa çıxır, onun yerində Mehdi Sübhani adına “İran Banan Respublikası” görünür. M.Sübhani təkcə Azərbaycan-İran, İran-Ermənistan münasibətlərini zədələmədi, o hətta İslam Əməkdaşlıq Təşkilatının mövqeyini iki dəfə sarsıtmağı bacardı. İranda konkret olaraq kimə arxalandığı bilinmir. Orada ali rəhbər və onun ofisindən yuxarı instansiya yoxdur.

İran XİN-in iki dəfə parafladığı, razılıq verdiyi və İran prezidentinin imzaladığı İƏT sənədini M.Sübhani Ermənistandakı mətbuat konfransı ilə heçə endirdi. Azərbaycan mövzunu qaldırsa da, səfirin tabeliyində olduğu İran XİN-in rəhbərliyi, eləcə də XİN-ə 50 faiz rəhbərlik edən və prezident funksiyasını icra edən M.Pezeşkian bu barədə bir fikir belə səsləndirmədi.

İranla bağlı marağı və qorxusu olan bütün dövlətlər öz “durbinindən” Tehrana baxsın və real mənzərəni görsün. Bizim üçün İran, bu gün, Mehdi Sübhani adına Banan Respublikasıdır - başqa adı yoxdur. A.Əraqçı qonşu ölkənin xarici işlər naziri kimi hörmətə layiqdir, lakin Azərbaycanla bağlı bütün kritik suallara cavab verməli olan şəxs M.Sübhanidir. Məsələn, nə üçün İran və onun ostanları Azərbaycan Respublikasına əməkdaşlıq təklif etdiyi halda, paralel şəkildə ağlagəlməz iddialar irəli sürür?

Elə Möhsün Rzayi də Azərbaycanı “bölən”lər sırasındadır. O, Sepahın hərbi müşavirləri ilə birlikdə Azərbaycan ərazisində olub və torpaqları ermənilərə təhvil verib. M.Rzayi bacarırsa, Kəlbəcərdə ermənilər üçün Hava Hücumundan Müdafiə sistemi tikilməsi barədə məlumatlarını açıqlasın: bunun səbəbi nə idi, proses kimlərin iştirakı ilə gedirdi, materiallar haradan gəlirdi? İran rəhbərliyinin bilməsi vacibdir ki, bu məsələ ABŞ-ın aktiv diqqətində olub. Vaşinqton bir çox hadisələrə standart yanaşsa da, buna xüsusi reaksiya göstərib. M.Rzayi və İran rəhbərliyi ABŞ-ın bu istiqamətdə verəcəyi suallara da hazır olsun. Çünki Kəlbəcər Cənubi Qafqazın geoiqtisadi və geosiyasi baxımdan ən strateji, ən yüksək və ən sulu bölgəsidir. Ermənistan və Azərbaycanın su mənbələri oradan başlanır və Gürcüstan üçün də əhəmiyyətli təsir zonasını formalaşdırır. ABŞ üçün regionda əlavə maraq doğuran amillər də var. Bu ərazi ABŞ-ın diqqət mərkəzindədir və İran buna görə sorğu-suala hazırlaşmalıdır.

İran Hörmüz boğazına təkbaşına sahib olmaq istəyir. BƏƏ, Sudan, Əmman və digər Hörmüz boğazı ölkələrində vəziyyəti gərginləşdirir. ABŞ isə bu məsələlərlə bağlı Tehranla aparılan danışıqların məzmununu açıqlaya bilər. Yəməndəki proksi qüvvələrlə bağlı İranın öhdəliklərini də Vaşinqton istənilən vaxt ictimaiyyətə çıxara bilər.

M.Sübhani çox yaxşı bilir ki, niyə İran bir tərəfdən əməkdaşlıq təklif edir, digər tərəfdən isə Azərbaycana qarşı orijinal böhtan kampaniyaları qurur. Böhtan İslamın mahiyyətinə uyğun deyil, amma İran İslam Respublikası 30 il işğalçı dövlətlə necə qonşuluq etdiyini izah etməyə hələ də cəhd göstərmir. Üç milyard dollarlıq yardım məsələsini bir kənara qoyaq - İran özündən dəfələrlə kiçik və zəif olan bir işğalçı ilə “qonşuluq” mövzusunda yeni akademik elmi məktəb aça bilər.

Azərbaycan-İran münasibətlərinin kuratoru M.Sübhani olduğu müddətdə, bu münasibətlər yalnız onun və onun üzərində duran şəxslərlə razılaşdırılmış planlar çərçivəsində formalaşa bilər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 1088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +