Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


25.06.2025  20:18 

“Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib -FOTO





A+  A-

Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən forumda dövlət rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib.

Forum Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forumda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı siyasi xətt və yanaşmasının gənclərə aşılanması müsbət və effektiv addımdır. F. Qurbanov vurğulayıb ki, Qayıdış konsepsiyası yalnız yaşayış infrastrukturuna, əvvəlki həyat şəraitinə qayıtmaq deyil, həm də tarixi yaddaşın, mədəni irsin qorunması deməkdir.

Təhsildə milli yaddaşın formalaşdırılması məqsədilə şagirdlər arasında keçirilən maarifləndirmə işlərinə toxunan nazir müavini bildirib ki, təhsilalanlar Azərbaycanın əzəli torpaqları haqqında müfəssəl məlumatlara sahib olmalı, onu gələcək nəsillərə ötürməlidirlər. Gənclər Qərbi Azərbaycana Qayıdış missiyasının əsas qüvvələridir. Təhsil yalnız bilik və bacarıqlardan ibarət olmamalı, həm də şəxsiyyəti, vətəndaşı formalaşdıran, cəmiyyəti birləşdirən mənəvi və əxlaqi dəyərləri də əhatə etməlidir.

Şagirdlərin tərbiyəsi anlayışı elə genişləndirilməlidir ki, bu tərbiyə prosesi vətənpərvərlik və vətəndaşlıq hissinin, xalqın mədəni irsinə və ənənələrinə ehtiramlı münasibətin formalaşdırılmasına yönəlsin. Tarixi vətənpərvərlik kökləri nə qədər dərin olsa, xalq vətənpərvərliyinin təməli də bir o qədər güclü və möhkəm olar.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır. Qayıdış ideyası sadəcə bir arzudan ibarət deyil, bu, milli iradənin və tarixi ədalətin təntənəsidir. Ə. Ələkbərli qeyd edib ki, bu ideyanın həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşür. Biz milli dəyərlərə sahib bir gənc nəsil yetişdirməliyik. Çünki milli dəyər sahibi olmayan insanın nə özünə, nə də cəmiyyətə faydası olar. Bu baxımdan gənc müəllimlərin rolu xüsusilə önəmlidir.

Çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova da öz növbəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində gənc müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb və planlaşdırılan layihələrə toxunub.
Rəsmi açılış mərasimindən sonra forum öz işini panellərlə davam etdirib.

“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş I panelə moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. II panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində Pərvinə Qədimova çıxış edib.

Ardınca “Qərbi Azərbaycana qayıdış” olimpiadası haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qalibləri mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib və kollektiv foto çəkdirilib.

























Xəbər 202 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +