Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


11.10.2018  15:08 

Tərtər sakini neytral ərazidə minaya düşdü





A+  A-

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.
XəzərNews.az bildirir ki, "Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə bu gün baş verib. Nəticədə 24-25 yaşlı Azad adlı gəncin bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.

***

Unikal.org-un məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, 1996-cı il Azad Kamandar oğlu Həsənov neytral zonada minaya düşərək ağır yaralanıb və o, Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bərdə Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Unikal.org-a bildirib ki, xəstə hazırda reanimasiya şöbəsindədir və vəziyəti çox ağırdır: "Həkimlər onun sol ayağını, hər iki xayasını travmatik amputasiya ediblər. Hər iki qolun geniş ölçülü cırılmış yaraları diaqnozu ilə tibbi yardım göstərilir”.

Yaxınlarının verdiyi məlumata görə, Azad Həsənov qoyun otararkən hadisə baş verib. Belə ki, qoyunlardan biri neytral əraziyə keçib və o, heyvanı geri qaytarmaq istəyərkən minaya düşüb”.

Xatırladaq ki, Azad Həsənov Aprel döyüşləri vaxtı, düşmən gülləsi nəticəsində həlak olan 2000-ci il təvəllüdlü Turanə Kamandar qızı Həsənlinin qardaşıdır. O, Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan köçkün düşərək, Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladı idi.

Xəbər 3194 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +