Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


28.06.2025  17:17 

Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir





A+  A-

İllər öncə törədilmiş qətllərdə şübhəli bilinən "cinayətkar qrupun üzvləri" saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, şübhəlilər əvvəlki illərdə törətdikləri cinayətlərə görə Yekaterinburqda saxlanılıblar. Müstəntiqlərin fikrincə, onlar 2001, 2010 və 2011-ci illərdə şəhərdə baş vermiş bir sıra qırğınlarda və sui-qəsd cəhdlərində iştirak ediblər:

"İstintaqın məlumatına görə, etnik cinayətkar qrupun tərkibində olan müttəhimlər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər. Artıq bir neçə şübhəli etiraf edib və istintaqla əməkdaşlıq edir. Şəxslərin yaşadığı ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Cinayət işi üzrə sübutların toplanması və təmin edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxslərin digər cinayətlərdə də iştirakları yoxlanılır. Cinayət işinin istintaqı Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbərliyinin nəzarəti altındadır".

Qeyd edək ki, dünən Yekaterinburqda hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, beş nəfər öldürülüb.

Xəbər 1467 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +