Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


03.11.2023  12:30 

“Sülh üçün təkliflər mübadiləsi aparırıq” - Mirzoyan





A+  A-

Ermənistan və Azərbaycan altıncı dəfədir ki, sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparırlar.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, arabağda baş verən hadisələr Ermənistanın və bütövlükdə regionun təhlükəsizliyi üçün yeni risklər və çağırışlar yaradıb.

“Bununla belə, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir”, - Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, Ermənistan Qranadada sülh gündəliyinin həyata keçirilməsi istiqamətində böyük addım ata biləcəyinə ümid edirdi:

“Amma təəssüf ki, Azərbaycan Prezidenti bu sammitdə iştirak etməyi zəruri və ya məqsədəuyğun hesab etmədi. Buna baxmayaraq, Qranadada bəyannamə imzalanıb ki, bu, faktiki olaraq Azərbaycanla gələcək sülh müqaviləsinin bağlanması üçün əsasdır”, - XİN rəhbəri qeyd edib.

O xatırladıb ki. bu sazişin birinci prinsipi ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınmasına aiddir. Ermənistan bu məsələdə maksimum konkretliyi təmin etmək istəyir.

Müqavilənin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilmişdir.

“Ümumilikdə delimitasiya SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır”, - Mirzoyan əlavə edib.

Nazirin sözlərinə görə, bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən anlaşılır.

Üçüncü prinsip regional kommunikasiyaların bloklanmasına aiddir. Mirzoyan bir daha qeyd edib ki, Ermənistan nəinki blokun açılmasına qarşı deyil, həm də özünü bu kommunikasiyaların açılmasından əsas faydalananlardan biri hesab edir.

"Beləliklə, İrəvanın yanaşması dəyişməz olaraq qalır: bütün kommunikasiyalar ərazisindən keçdiyi ölkələrin yurisdiksiyasında, bərabərlik və qarşılıqlılıq əsasında fəaliyyət göstərməlidir", - nazir vurğulayıb.

Xəbər 2724 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +