Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


21.05.2025  12:52 

Ölkənin geosiyasi maraqlarına xidmət edən səfər...





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə səfər edib. Prezidentin səfəri yalnız ikitərəfli əlaqələrin inkişafına xidmət etmir, həm də iki ölkənin geosiyasi maraqlarının üst-üstə düşdüyü bir dövrə təsadüf edir. Bunu Orbanın Azərbaycanla dostluğunu “dar gündə tanınan dost…” kimi xarakterizə etməsi də təsdiqləyir.

Macarıstan Avropa İttifaqı (Aİ) daxilində yürütdüyü müstəqil siyasi kursla diqqət çəkir. Viktor Orbanın rəhbərliyi altında Macarıstan Aİ daxilində digər üzv dövlətlərdən fərqli olaraq, öz suverenliyini və iqtisadi müstəqilliyini qorumaq üçün konkret addımlar atır. Orban Avropa İttifaqının siyasi, iqtisadi və sosial paradiqmasından fərqli bir modelin tərəfdarıdır. O, xüsusilə Avropadakı çoxsaylı müstəqil dövlətlərin, o cümlədən Macarıstanın öz suverenliyini qorumasının vacibliyini vurğulayır. Avropada onun kimi düşünən liderlər olsa da, dilə gətirən ikinci bir şəxs yoxdur. Bu baxımdan Orbanın mövqeyi son illərdə ona xüsusi nüfuz qazandırıb.

Aİ daxilində iqtisadi və siyasi məsələlərdə müstəqil mövqeyini qorumağı bacaran Macarıstan, həmçinin Azərbaycanın da beynəlxalq aləmdəki yanaşmalarına uyğun mövqe sərgiləyir. Təsadüfi deyil ki, Macarıstan və Azərbaycan arasında son illərdə formalaşan münasibətlər qarşılıqlı strateji maraqlara əsaslanır.

Orbanın siyasətini “qəhrəmanlıq” kimi xarakterizə edən Prezident İlham Əliyev onun Macarıstanın Avropa İttifaqı daxilində həyata keçirdiyi rasional və milli maraqlara əsaslanan siyasətini dəstəklədiyini açıq şəkildə bəyan edir. Macarıstan üçün Azərbaycan da güclü, etibarlı müttəfiqdir. Xüsusilə enerji sahəsində bu müttəfiqliyin ciddi perspektivi var. Belə ki, Azərbaycanın enerji mənbələri və infrastrukturu qlobal enerji bazarlarının şəffaf və dayanıqlı şəkildə fəaliyyət göstərməsinə böyük təsir göstərir. Macarıstan bunu bilir və həm Azərbaycandan təbii qazın alışını artırmaq, həm də onu digər Avropa ölkələrinə ötürmək istəyir.

Prezident İlham Əliyevin də Macarıstana təbii qaz ixracını artırmaq niyyəti var. Ölkə başçısı başa düşür ki, Macarıstana qaz nəqlinin artırılması yalnız Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirmir, eyni zamanda Avropanın enerji təhlükəsizliyindəki rolunu artırır. Bu, Azərbaycan üçün iqtisadi və geosiyasi baxımdan mühüm uğurdur.

Prezidentin Macarıstana səfəri təkcə ikitərəfli əlaqələri gücləndirməklə kifayətlənmir, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdəki rolunu artırır. Prezident Əliyevin Macarıstanın təşkilat daxilində müşahidəçi statusunu dəstəkləməsi Azərbaycanın yeni dövrün siyasi strukturlarında aktiv iştirakını və Türk dövlətlərinin birləşməsi istiqamətindəki niyyətini nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatının zirvə görüşünün Budapeştdə keçirilməsi Azərbaycan və Macarıstan iqtisadi, mədəni və siyasi əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, türk dövlətləri ilə Avropa arasında yeni əməkdaşlıq modelinin formalaşmasına təkan verəcək.

Orbanın “Türk dövlətləri olmasaydı, macar xalqı enerjiyə daha çox pul ödəyərdi” açıqlaması bu baxımdan diqqət çəkir. Hesab edirəm, bu, enerji və geosiyasi təhlükəsizliyin Azərbaycan-Macarıstan və bütövlükdə TDT ilə münasibətlərin təməlində dayandığını göstərir.

Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycanın yeni geosiyasi reallıqların formalaşmasında necə fəal iştirak etdiyini göstərir. Bu səfər Azərbaycanın enerji, siyasi və iqtisadi mövqeyini möhkəmləndirmək, beynəlxalq münasibətlərdəki statusunu yüksəltmək məqsədi güdür.

Macarıstanın strateji əhəmiyyətini nəzərə alan rəsmi Bakı təkcə enerji məsələlərində deyil, həm də beynəlxalq hüququn bərpası və regional təhlükəsizlikdə daha fəal rol oynamaq niyyətindədir.

Turan Rzayev
Politoloq



Xəbər 191 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +