Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi


14.10.2025  10:38 

Paşinyanın müasir konfliktogenliyi - TƏHLİL





A+  A-

Ermənistanın Müdafiə naziri hazırda ABŞ-da səfərdədir, lakin səfərlə bağlı əlavə məlumat verilmir. Qısa müddət əvvəl Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan da ABŞ-a dəvət olunduğunu və “Tramp koridoru” ətrafında məsələlərin müzakirə ediləcəyini bildirmişdi. Həmin səfər hələ reallaşmayıb. Bütün bunlara əsasən, “Tramp koridoru” ilə bağlı iqtisadi məsələnin artıq hərbi müstəviyə keçdiyi ehtimalını irəli sürmək olar.

Nikol Paşinyan bir müddət öncə Mehri bölgəsində “Tramp koridoru”nun su kəməri xəttini kəsmək məsələsini gündəmə gətirmişdi. Bu addım onun həmin layihəyə qarşı sabotaj fəaliyyətinin əsas elementi kimi qiymətləndirilə bilər. Amerikalılar “Tramp koridoru”nun tikintisini xüsusi planla həyata keçirirlər — yəni boşluqdan imkan yaratmaq prinsipi ilə. Ehtimal olunur ki, ABŞ artıq bu məsələnin arxasında İran və Rusiya hərbi dairələrinin dayandığını başa düşüb.

Mətbuatda da gizlədilmir ki, Ermənistan özünü sülhpərvər dövlət kimi təqdim etmək, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu göstərmək məqsədilə təbliğat naminə hərbi büdcəsini azaldıb. Lakin bu azalma ölkənin hərbi gücünün artmasına mane olmayacaq. Çünki bu artım İrandan daxil olan vəsait, hərbi texnika, ərzaq və digər resurslar hesabına təmin edilir.

Paşinyan görünür, ABŞ-ı aldatmaq niyyətində idi, lakin ABŞ bu planı vaxtında hiss edib. Bununla belə, Vaşinqton üçün təhlükə yalnız bu deyil. Paşinyanın “Tramp koridoru” ilə bağlı məlumatların açıqlanmasından sonra onun mövqeyində üç əsas fərqlilik meydana çıxıb. Bu, gələcəkdə Rusiya-ABŞ və İran-ABŞ qarşıdurmasına səbəb ola bilər. Hazırkı mərhələdə bu toqquşma az ehtimallıdır, lakin Rusiya-İran qarşıdurması daha real görünür. Bu vəziyyətdə isə əsas zərəri ABŞ çəkəcək. Maraqlıdır ki, baş verənlərin bu və ya gələn ilki Nobel mükafatları ilə müəyyən əlaqəsi də ola bilər.

Paşinyan Mehri məsələsini yenidən gündəliyə gətirib. Xatırladaq ki, SSRİ dövründə Moskva–Tehran qatarı da bu marşrutdan keçirdi. Həmin yol vaxtilə SSRİ-nin, indi isə Azərbaycanın mülkiyyəti hesab olunur. Əgər Moskva istəsə, Mehri dəmir yolunun mülkiyyətinə dair məsələni yenidən qaldıra bilər. Bu prosesdə Moskvanın davranışı həm Trampın, həm də Paşinyanın maraqlarına təsir göstərə bilər.

Fakt odur ki, Ermənistan İranla birlikdə regionda yeni konfliktogenlik mərhələsi açır. Məqsəd Ermənistanla Azərbaycan arasında münaqişənin tam bitməsinə, eləcə də iqtisadi əlaqələrin başlanmasına imkan verməməkdir. Halbuki region iqtisadiyyatını yaxşı bilən mütəxəssislərin fikrincə, bu gün Ermənistan–Azərbaycan münasibətlərində ən asan həll edilə biləcək məsələ iqtisadi əlaqələrin bərpasıdır. İstəsələr, hətta bir günə belə əlaqələr bərpa oluna bilər. Lakin Paşinyanın belə bir niyyəti yoxdur.

Görünür, gələn ildən etibarən Ermənistan və İran ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəlik addımlar atmağa başlayacaqlar.

Paşinyanın Avropa İttifaqına (Aİ) qarşı apardığı siyasəti diqqətlə təhlil etməklə bir çox məsələni anlamaq mümkündür. Müasir dövrdə Paşinyanın ABŞ-ı aldatmaq və manipulyasiya etmək siyasətinin birinci mərhələsi başlayıb. Aİ ilə münasibətlərdə isə artıq üçüncü mərhələni başa vurur. Necə ki, o vaxtlar Azərbaycanı aldatmağa çalışırdı, indi də eyni üsullarla ABŞ və Aİ-ni manipulyasiya etməyə cəhd edir.

ABŞ mütəxəssisləri və siyasətçiləri Donald Trampın imzaladığı müqavilələrə ciddi yanaşırlar. Paşinyan bunu yaxşı bilir və buna görə də uzağa hesablanmış fırıldaq və manipulyasiya planları qurur. ABŞ rəsmiləri və ekspertləri bu planların qarşısını almaq üçün ilk növbədə Mehri dəmir yolunun 32 kilometrlik (bəzi mənbələrə görə 42 km) hissəsinin mənşəyini araşdırmalıdırlar. Bu yol sovet dövründə Moskva ilə Tehran arasında fəaliyyət göstərən magistralın bir parçası idi və Azərbaycan Respublikasının mülkiyyətinə daxildir.

Azərbaycanın Mehri dəmir yolu üzərində sahibliyinin bərpası istiqamətində atılacaq addımlar regionda həm indi, həm də yaxın gələcəkdə mümkün münaqişə risklərini xeyli azalda bilər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 1245 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +