Rusiyanı Çinin vassal dövləti adlandırdı
İlham Əliyev Suriya Prezidentini qəbul etdi
Mətbuat Şurası Rusiyanın Bakıdakı jurnalist - agentlərilə bağlı... - Bəyanat
Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür


11.07.2025  18:35 

Almaniya mediası Zəngəzur dəhlizindən yazdı





A+  A-

Almaniyanın “berliner-zeitung.de” saytı Əbu-Dabidə Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilmiş görüşlə “Ohne Russland: Aserbaidschan und Armenien bekräftigen Friedensvertrag” (Rusiyasız: Azərbaycan və Ermənistan sülh sazişini gücləndirir) adlı məqalə dər edib. Müəllif Alexander Schmalz yazır ki, Qarabağ müharibəsindən sonra ilk dəfə Əliyev və Paşinyan rəsmi görüşür və sülh sazişini təsdiqləyirlər. Vasitəçilərsiz, Rusiyasız. Qalıcı həllə doğru daha bir addım atılır.

Vurğulanır ki, hər iki ölkənin xarici işlər nazirliyi prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdən sonra belə bir məlumat yaydı ki, Azərbaycan və Ermənistan onilliklərlə davam edən münaqişəyə son qoymaq üçün müqavilə layihəsi üzrə razılıqlarını təsdiqləyib və ikitərəfli sülh danışıqlarını vasitəçilərsiz davam etdirmək niyyətindədirlər.

Almaniya nəşri bildirir ki, bu, 2023-cü ilin payızında Dağlıq Qarabağ müharibəsindən sonra iki dövlət başçıları arasında ilk rəsmi görüş idi. 2025-ci ilin martında sülh sazişinin mətni üzərində razılığa gəldikdən sonra ilk dəfə idi ki onlar bir araya gəlirdilər. Bu görüşdə layihə artıq təsdiqləndi və imzalanması istiqamətində növbəti addımlar müzakirə edildi.

Əbu-Dabidəki danışıqların konstruktiv keçdiyi bildirilir. Hər iki tərəf sazişi rəsmi imzalamağa hazır olduqlarını vurğuladılar və gələcək həyata keçirilməsi vacib olan əsas məqamları razılaşdırdılar.

Sayt razılaşdırılan məqamları belə sıralayır:

Sülh Müqaviləsi – Əvvəllər razılaşdırılmış saziş layihəsi təsdiqləndi; İndi diqqət rəsmi imzaya yönəlib.

Zəngəzur dəhlizi – Əliyev və Paşinyan Ermənistan ərazisindən Azərbaycanı Naxçıvan anklavı ilə birləşdirən quru yolunun açılmasını müzakirə ediblər.

Sərhəd Məsələləri – Ümumi sərhədin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi üzrə ikitərəfli sərhəd komissiyalarının işi davam etdiriləcək.

Birbaşa Dialoq – Vasitəçilər istisna ediləcək. Hər iki ölkə birbaşa mübadilələri davam etdirmək və etimadın möhkəmləndirilməsi tədbirləri həyata keçirmək niyyətindədir.

Xüsusilə əvvəllər vasitəçi kimi çıxış edən Rusiya bu dəfəki danışıqlarda heç bir rol oynamadı. Birləşmiş Ərəb Əmirlikləri də vasitəçi kimi çıxış etməyib, bu ölkə sadəcə olaraq görüş üçün platforma təqdim edib.

Onilliklərlə davam edən münaqişə 1980-ci illərin sonunda Ermənistanın dəstəyi ilə Azərbaycandan ayrılan Dağlıq Qarabağ bölgəsi ətrafında cərəyan edir. 2023-cü ilin sentyabrında Bakı regiona tam hərbi nəzarəti bərpa etdi - bu, mövcud sülh anlaşmasını mümkün edən həlledici dönüş nöqtəsi oldu.

Əbu-Dabidəki görüşə beynəlxalq reaksiyalar əsasən müsbətdir. Rusiya danışıqların davam etdirilməsini alqışlayıb. Bu yaxınlarda prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyanı qəbul etdiyi Türkiyə də, ABŞ da sülh prosesinə dəstək verdiklərini duyurdular.

Sayt yazır ki, tərəflər arasında sülh sazişinin imzalanması üçün konkret vaxt hələ müəyyən edilməyib.

Gördüyünz kimi, Almaniya mətbuatı da Əbu-Dabidəki görüşdə Zəngəzur dəhlizi məsələsinin müzakirə olunmasından yazır.

Xatlırladım ki, Əbu-Dabidə keçirilmiş görüşlə bağlı Ermənistan və Azərbaycan Xarici İşlər Nazirliyi demək olar ki, eyni mətni bəyanat şəklində yayıb. Rəsmi bəyanatlarda belə bir hissə var: “it was agreed to continue such result-oriented dialogue.” Yəni tərəflər razılaşdı ki, belə nəticəyə odaklanmış dialoqu davam etdirmək lazımdır. Şübhəsiz ki, bu ifadə görüşdə ciddi nəticələrin əldə olunmasına açıq işarədir. O da aydındır ki, hər iki tərəf əldə olunmuş nəticələrdən məmnundur.

“Trend” agentliyinin xəbərində isə qabarıq şəkildə konkretlik vardı: “the opening and development of the Zangazur Corridor, and the initialing of a peace agreement” (Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması (ilə bağlı anlaşma əldə olunub).

Gördüyünüz kimi, Ermənistan tərəfi Zəngəzur dəhlizi məsələsinə toxunmur. Azərbaycan da dərinə getmir. Ümumiyyətlə, Ermənistan tərəfi kommunikasiyaların açılması məsələsinin üstündən sükutla keçir. Səbəb bəllidir. Çünki Rusiya yönümlü Ermənistan müxalifəti Zəngəzur dəhlizi məsələsindən yapışaraq Nikol Paşinyanın üzərinə yeriyir.
Rəsmi Bakı və Ankara bu məqamı nəzərə almaq zorundadır. Ən önəmlisi isə odur ki, proseslər arzuolunan istiqamətdə və konkret nəticələrin əldə olunması ilə gedir.

Elbəyi Həsənli
Sürix


Xəbər 655 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +