Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


12.09.2025  13:26 

Sabahın havası: Yağış, külək





A+  A-

Sentyabrın 13-də gözlənilən hava şəraitinin proznozu açıqlanıb.

XəzərNews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.


Xəbər 336 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +