Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


10.10.2025  15:53 

Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı





A+  A-

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (“rezak”la) polis əməkdaşlarına müqavimət göstərib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.

Xəbər 1568 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +