Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


05.11.2025  09:00 

ALİ RƏHBƏRİN TRAMPA SON CAVABI: İRAN ÜÇÜN ƏN RİSKLİ MƏRHƏLƏ





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:

- Ali rəhbərin ABŞ-a son cavabı İranın bütün tarixi boyu qarşılaşdığı ən riskli və təhlükəli vəziyyəti yaradıb. İran mətbuatında yer alan məlumatlara görə, Rusiyanın ağır yük təyyarələri gündə 2–3 dəfə İrana hərbi yüklər daşıyır. Bu fakt, İranın son aylardakı hərbi-siyasi güclənməsinin arxasında məhz Rusiyanın dayandığını açıq göstərir.

Bu vaxta qədər İran heç vaxt indiki qədər sərt və hədəli bəyanatlar verməmişdi. Hətta Rusiya ilə imzaladığı və yaxın zamanda qüvvəyə minəcək strateji əməkdaşlıq müqaviləsində İran tərəfi “hərbi əməliyyat zamanı qarşılıqlı hərbi-texniki yardım” bəndini öz istəyi ilə müqavilə mətnindən çıxartmışdı. Bunun səbəbi aydındır: İran ABŞ və İsraildən hərbi cəhətdən güclü olduğuna və onları məğlub edə biləcəyinə inanmırdı.



İranın İsrailə öz ərazisində bir sutka ərzində əməliyyat keçirməyə icazə verməsi də bu məntiqə əsaslanırdı. Tehran hesab edirdi ki, bu əməliyyata ABŞ vasitəçilik edərsə, nəticədə Vaşinqtonun rəğbətini qazanacaq və onun regional müttəfiqinə çevriləcək.
Lakin bu, ABŞ-a verilmiş bir “yox” cavabı deyil. Əksinə, İranın ali rəhbəri danışıqlar və barışıq üçün zaman qazanmağa çalışır. ABŞ və İranın reaksiyaları göstərir ki, həm Qətər, həm də Əmman vasitəsilə iki ölkə arasında diplomatik kanallar hələ də işlək vəziyyətdədir.

Bununla belə, belə bir şəraitdə İranın ali rəhbərinin danışıqlara ağır şərtlər qoyması və ya “raketi diplomatiyadan üstün tutması” regionda yeni vəziyyətin formalaşdığını göstərir.

I. İranın taleyi artıq Rusiyadan asılıdır


İran faktiki olaraq Rusiyanın tamhüquqlu hərbi tərəfdaşına çevrilmək məcburiyyətindədir. Hal-hazırda nə İsrailin, nə də ABŞ-ın İrana qarşı birbaşa hücumu var. Rusiya isə Ukraynada müharibə aparır. Moskvanın hərbi dəstəyini tam şəkildə qazanmaq istəyən Tehran öz qoşunlarını Rusiyanın sərəncamına verib Ukrayna cəbhəsində iştirak etdirməli olacaq.

Koreya nümunəsi burada diqqətəlayiqdir. Koreya Xalq Demokratik Respublikası Kursk vilayətində Rusiyanın tərəfində döyüşdü və indi Moskvanın strateji müttəfiqinə çevrilib. Rusiya Pxenyanı inandırır ki, “ABŞ sənə hücum etməyə hazırlaşır, mən isə sənin arxandayam”. Koreya da buna inanır.

Əgər ali rəhbərin ətrafında rasional təhlilçilər varsa, onlar Koreya ilə Rusiya arasında son üç ayda baş verən danışıqları dərindən öyrənməlidirlər. Çünki Ukrayna müharibəsində İranın iştirak etməsi ciddi tarixi səhvdir.

Bir vaxtlar İranın ali rəhbəri özü Rusiyanı “başqa dövlətin ərazisini işğal etməkdə” ittiham etmişdi. İndi isə Tehran faktiki olaraq Moskvanın “haqlı olduğunu” qəbul edir. Bu isə 200 il əvvəl Rusiya tərəfindən əldə edilmiş hərbi qələbənin İran tərəfindən siyasi müstəvidə qəbul edilməsi anlamına gəlir.

Əgər İran Ukrayna müharibəsinə qoşulmasa, Rusiya da Tehrana verdiyi hərbi texnikanın istifadəsinə imkan verməyəcək.

II. İran Qərb–Rusiya dialoqunda özünü vasitəçi kimi təqdim etdi


İran Qərblə Rusiya arasında Ukrayna məsələsi üzrə gedən danışıqlara qoşularaq özünü regional vasitəçi kimi təqdim etməyə çalışdı. Lakin bu istiqamət artıq bağlanmış yoldur.

Bir müddət öncə ABŞ İranla müəyyən etimad səviyyəsi yaratmağa başlamışdı, lakin Ukrayna məsələsində Tehranın fəallığı Vaşinqtonun maraqlarına uyğun gəlmədi.
RF prezidentinin Yaxın Şərq məsələləri üzrə köməkçisi, keçmiş xarici işlər nazirinin müavini Mixail Boqdanovun Bakıya səfəri və Azərbaycan rəsmiləri ilə görüşləri xatırlanmalıdır. O zaman həm Qəzza, həm də Ukrayna məsələlərinin vahid platforma əsasında tənzimlənməsi müzakirə edilirdi.

Bu çərçivədə Rusiyaya İranla bağlı müəyyən “rol payı” verilməsi, əvəzində Moskvanın Ukrayna mövzusunda Qərbə güzəştə getməsi planlaşdırılırdı. O dövrdə Qərb İranı hələ “təhlükəli aktor” kimi dəyərləndirmirdi. İndi isə bu sxem yenidən gündəmə gələ bilər.

Belə ki, Qərb İranı faktiki olaraq Rusiyaya “peşkəş” etməyə hazırlaşır. Şərt isə budur: İran İsrailə və ABŞ-ın Yaxın Şərq siyasətinə qarşı gərginlik yaratmamalıdır. Bunun müqabilində Qərb Rusiyaya Ukrayna məsələsində müəyyən güzəştlər edə bilər.
Belə vəziyyətdə İran, arzu etdiyi diplomatik manevrləri həyata keçirmək yerinə, özünü Rusiyanın əlaltısına çevirmiş olur.

Rusiya–İran münasibətlərinin möhkəmlənməsi özü-özlüyündə mənfi hal deyil.

Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə bu münasibətlərin normallaşması üçün ən optimal formatı təklif etmişdi. Azərbaycan-Rusiya-İran prezidentlərinin sammiti məhz tarixi problemlərin siyasi və diplomatik yolla həlli məqsədi daşıyırdı.
Tehran o zaman bu formatı dağıtdı. Əgər İran Rusiyanın qaz ixracı təklifini qəbul etsəydi, bu əməkdaşlıq bu gün də davam edə bilərdi və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyat planları gündəmə gəlməzdi.

İndi isə İran Rusiyanın təklif etdiyi şərtlərin dəfələrlə artıq olan variantına razılıq verməyə məcburdur. Əvvəllər Rusiya yalnız İranın şimalına qaz satmaq istəyirdi, indi isə onun bütün regionlarına qaz ixrac etmək niyyətindədir. Hətta Rusiya İranın tranzit imkanlarından istifadə edərək, üçüncü ölkələri də öz qazı ilə təmin etməyə hazırlaşır.
İran hazırda Atom Elektrik Stansiyasını Xəzər dənizi sahilində, Türkmənistanla sərhəddə yerləşən Gülüstan vilayətində tikir. Rəsmi izah “Xəzər logistikasını inkişaf etdirmək” kimi təqdim olunur. Əslində isə məqsəd Rusiya ərazisində casusluq imkanlarını genişləndirməkdir. Halbuki, İran Gilan vilayətindəki radiolokasiya stansiyasını ləğv etsəydi, bu daha səmərəli addım olardı.

Aydın məsələdir ki, səthi analiz qabiliyyəti belə məhdud olan dövlətin bu cür genişmiqyaslı planlara girişməsi İran üçün faciəvi nəticələr doğura bilər.

RF-in ərəb dövlətləri ilə münasibətləri də nəzərə alınmalıdır. Moskva bəzi ərəb tələblərini yerinə yetirməyə məcburdur. Əgər ABŞ ərəb ölkələrinə qarşı münasibətdə üstünlük mövqeyindən çıxış edirsə, Rusiya onlarla qarşılıqlı və açıq əməkdaşlıq modelini qorumağa çalışır.

Bu mənzərədə İran böyük təhlükə ilə üz-üzədir.


Donald Trampın son bəyanatına diqqət çəkək: “İranın nüvə yanacağı yoxdur.” Əslində, İranın nüvə blefini qlobal gündəliyə gətirən şəxs məhz Mübariz Əhmədoğludur. O da haqlı olaraq qeyd edir ki, “fikrim nəhayət beynəlxalq səviyyədə yayılmağa başladı.”
İndi İran ərazilərinin müəyyən hissəsini itirməklə Azərbaycan Respublikası ilə konfederativ modeldə əməkdaşlıq formulu irəli sürə bilər. Bu istiqamətdə Prezident İlham Əliyevdən məsləhət almaq Tehranın ən düzgün addımı olardı.


Xəbər 1311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +