Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.11.2023  21:41 

ABŞ Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır -QAİ





A+  A-

"Son vaxtlar ABŞ Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır. Bu dəfə ermənidən çox erməni olmasıyla bütün dünyada məşhur olan Samanta Pauer xüsusi “canfəşanlıq” göstərmişdir"

Xəzərnews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

"Yerli amerikanları kütləvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin rəsmisinin indi gəlib Azərbaycanı “məcburi köçürülmə”də ittiham etməsi ikrah doğurur.

“ABŞ Qarabağdan olan etnik ermənilərlədir”, deyən S.Pauerdən soruşuruq: Bəs Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla nə vaxt bir yerdə olacaqsınız?! 4 min azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı nə vaxt narahatlığınızı bildirəcəksiniz?! Azərbaycandakı mina qurbanları ilə nə vaxt həmrəylik ifadə edəcəksiniz?!

Aydındır, səlibçi mentalitetinizə görə bunu heç vaxt etməyəcəksiniz. Buna görə də, sizin və rəhbərlik etdiyiniz, adında “yardım” sözü olan, amma müxtəlif ölkələrdə dağıdıcı fəaliyyətlə məşğul olan USAID adlanan təşkilatın mühazirələrinə ehtiyacımız yoxdur", - bəyanatda bildirilir.

Xəbər 3231 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +