Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev


05.12.2025  16:13 

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”də nələr olacaq? - Foto





A+  A-

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr edilən mətbuat konfransı təşkil olunub.

XəzərNews.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova festivalın yalnız mədəniyyət bayramı olmadığını, eyni zamanda yaradıcı sənayelərin inkişafı, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma olduğunu bildirib. Qeyd edilib ki, festival ölkəmizin multikultural dəyərlərini, mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini dünyaya təqdim edən əhəmiyyətli nümunədir.



“Festivalda 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir. Bu, tədbirin geniş ictimai maraq doğurduğunu, həmçinin Azərbaycanın yaradıcı sənayelər üzrə regional mərkəzə çevrilmək potensialını nümayiş etdirir”, – deyə Səadət Yusifova vurğulayıb.

İƏT baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi Tariq Ali Bakheet çıxışında Azərbaycan Respublikasının həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib. Deyib ki, Azərbaycan bütün İƏT üzv dövlətləri tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüslərə daim fəal şəkildə qoşulur.



İƏT Katibliyində Mədəniyyət idarəsinin direktoru əl-Hüseyn Gəzvi festivalın mədəni müxtəlifliyimizin, ortaq irsimizin zənginliyinin və İslam dünyasında həmrəyliyin təntənəsi olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov bildirib ki, festival çərçivəsində MYS forumu, kino sərgisi, həmçinin İƏT-ə daxil olan ölkələrin “Yaradıcı Kənd” sərgisi təşkil olunacaq. O qeyd edib ki, tədbir böyük maraq doğurub və artıq digər ölkələrdən də Bakıya ziyarətçilər gəlir.

R.Əzizov bildirib ki, bir həftə ərzində çox zəngin proqram planlaşdırılır: kino festivalı çərçivəsində bir sıra ölkələrin Nizami Kino Mərkəzində film nümayişləri keçiriləcək.



Qeyd edək ki, festival 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertlərini bir araya gətirəcək. Bu isə İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və Yaradıcı Sənayelər Forumu” (MYFORUM), “Creative Village: Mədəni və Yaradıcı Sənayelər Sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq Moda Nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələrini əhatə edən müxtəlif mədəni layihələr həyata keçiriləcək.







Xəbər 1738 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +