Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.09.2023  10:07 

Davada xəsarət alan hərbçimiz xəstəxanada öldü





A+  A-

Bir neçə gün əvvəl Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş vermiş dava zamanı xəsarət alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Əlizadə Orxan İlham oğlu vəfat edib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, başından aldığı ağır xəsarətlərlə tibb müəssisəsinə yerləşdirilən hərbçi ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, hadisə O.Əlizadənin dostunun sürdüyü avtomobillə Saloğlu qəsəbə sakini Bukavadze Baloğlan Abdul oğlunun idarə etdiyi maşının bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib. Mübahisə zəminində B.Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib. O.Əlizadə yerə yıxılarkən başı qaz borusuna dəyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər 2884 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +