Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.12.2022  17:17 

“Xalq aksiyanın nə ilə nəticələnəcəyini gözləyir”





A+  A-

Bu gün Azərbaycan cəmiyyətinin diqqəti Şuşa-Xankəndi yolunun qovşağında olan aksiyadadır.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı qeyd edib ki, xalq aksiyanın nə ilə nəticələnəcəyini gözləyir:

“İki ildir, Rusiya sülhməramlıları orada yerləşiblər, gecə-gündüz ermənilərlə bir yerdədirlər. Əhalimiz öz yerlərinə qayıtmadıqları üçün bizimlə təmasları yoxdur, onların nə istədiyini bilmirlər. İlk dəfədir birbaşa Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin nümayəndələri ilə görüşür, onların tələblərini dinləyirlər, Onların musiqisini eşidir, rəqsini izləyirlər.

Azərbaycanın nə istədiyini, bizim iradəmizi görürlər. Şübhəsiz ki, bu iş davam etdirilməlidir. Bütün xalq qoşulur, siyasi partiyalar dəstək verirlər. Deməli, bu, əslində xalqın iradəsinin göstəricisidir.

Bir neçə gündür ermənilər buna soyqırım və s. kimi adlar yapışdırırlar.
Amma unudurlar ki, 30 ildir Naxçıvan Azərbaycandan aralıdır, quru yollar bağlıdır.

Necə olur, bunu dünyaya humanitar faciə kimi çatdıra bilmirik, amma 50-60 erməninin 2-3 gün oradan aralı düşməsini dünyaya təqdim edə bilirlər?

Təcili Azərbaycan tələb etməli və buna nail olmalıdır ki, sərhədlərimizdə, Qarabağa gələn yolun üstündə bizim sərhəd və gömrük məntəqəmiz qurulsun. Bizim oradakı ərazilərimizdə nəzarəti artırmalıyıq.

Ermənilər 2020-ci il 10 noyabr razılaşmasını qəbul etmirlərsə, deməli müharibənin bitdiyini qəbul etmirlər”.



Xəbər 2926 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +