Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.09.2022  21:34 

Səfir diaspor sədrinə “Təşəkkürnamə” təqdim etdi - Foto





A+  A-

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad arasında görüş keçirilib.

H.Cavad XəzərNews.az-a bildirib ki, görüş zamanı Ukraynanın mənafeyni qorumaq, humanitar yardım göstərmək istiqamətində UABD tərəfindən həyata keçirilən layihələr müzakirə olunub.

“Ukraynanın müharibədən zərər çəkmiş, çətinliyə düçar olmuş əhalisinə, habelə Ukrayna ordusuna UABD tərəfindən göstərilən maddi yardımlar barədə səfirə ətraflı məlumat verdim. Həmçinin müharibədən sonrakı dövrdə Ukraynanın bərpasına azərbaycanlı iş adamlarının sərmayələrinin də cəlb edilməsinə dair fikirlərimizi bölüşdük. UABD-nin fəaliyyətini yüksək qiymətləndirən cənab səfir Ukraynanın bu çətin günlərində göstərdiyimiz dəstəyə görə mənə “Təşəkkürnamə” təqdim etdi. Bu “Təşəkkürnamə”ni özüm üçün böyük iftixar və rəhbərlik etdiyim UABD komandasının hər bir üzvünün fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edirəm. Ölkəmizə, xalqımıza əlimizdən gələn hər cür köməyi göstərməyə çalışarkən bunu təmənnasız, hər hansı təşəkkür ummadan edir, Ukrayna vətəndaşı olaraq müqəddəs borcumuz bilirik. Ölkəmizi və xalqımızı müdafiə edərək Ukrayna ordusunun qələbələrinə sevinir, işğal olunmuş torpaqların tezliklə azad ediləcəyinə inanırıq” – deyə UABD rəhbəri vurğulayıb.



Xəbər 2632 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +