Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.07.2022  12:22 

Azər Ayxan “Yeni Müsavat”dan niyə getdi - Səbəb?





A+  A-

“Yeni Müsavat” qəzetinin baş redaktoru və eyni adlı Media Qrupun rəhbərinin müavini Azər Ayxan tutduğu vəzifədən istefa verib.

XəzərNews.az xəbər verir ki, bu haqda o özü sosial şəbəkə hesabında məlumat yayıb. Jurnalist qərarını belə izah edib:

“Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən.

Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər”.

Qeyd edək ki, A.Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. Onlar uzun illər idi ki, sözügedən Media Qrupuna birlikdə rəhbərlik edirdilər.

Xəbər 3499 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +