Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.06.2022  11:17 

İntihara cəhd edən daha 3 nəfər...





A+  A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

XəzərNews.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən intihara cəhd edən 3 nəfər və Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğınlar zamanı 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb.

Həmçinin Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər 3074 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +