Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.07.2021  17:25 

Baş infeksionist əhaliyə çağırış etdi





A+  A-

“Qurban bayramı ilə əlaqədar vətəndaşlar arasında artacaq təması nəzərə alaraq, kütləvi toplanış yerlərində tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq, ümumiyyətlə bütün gigiyena qaydalarına əməl etmək lazımdır”.
XəzərNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabında “İmmunitet və peyvənd sertifikatı” mövzusundakı çıxışı zamanı deyib.

Baş infeksionist bildirib ki, hazırda ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma sayı yüksək olmasa da, nəzərə almaq lazımdır ki, daha aqressiv və yoluxuculuğu yüksək olan “delta” ştammı Azərbaycanda da qeydə alınıb: “Ölkədə pandemiya ilə bağlı hazırki tarazlığı uzunmüddətli qabaqlayıcı tədbirlər nəticəsində əldə etmək mümkün olub. Vətəndaşların könüllü olaraq vaksinasiyada iştirak etmələri səhiyyə orqanlarının pandemiya ilə mübarizəsini asanlaşdırır”.

T. Eyvazov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi peyvəndlər COVID-19-un yeni ştammlarına qarşı effektivdir: “Sadəcə vaksinlərin effektivliyi baxımından, ştammlar arasında müəyyən fərqlər ola bilər. Məsələn, hazırda istifadə edilən vaksinlərin “delta” ştammına qarşı təsiri əvvəlkilərlə müqayisədə bir qədər az ola bilər. Lakin istənilən halda, pandemiyadan qurtulmağın yeganə və ən effektiv yolu vaksinasiyadır. Vətəndaşları vaksinasiyada könüllü iştirak etməyə və bayram günlərində və ümumiyyətlə yay aylarında daha məsuliyyətli və diqqətli olmağa çağırıram”.

Xəbər 4032 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +